Prediabet nədir və niyə ondan qorxmaq lazımdır?

Prediabet nədir və niyə ondan qorxmaq lazımdır?
19.06.2026 06:00 Sağlamlıq

Dünyada milyonlarla insan gizli maddələr mübadiləsi pozuntusu olan prediabetlə yaşaya bilər. Bu hal ikinci tip diabetin, ürək və damar xəstəliklərinin riskini əhəmiyyətli dərəcədə artırır, lakin çox vaxt heç bir simptom vermir.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri tibb elmləri doktoru Dominik Qrinyerin açıqlamasına əsasən məlumat yayıb.

Prediabet qanda qlükoza səviyyəsinin artıq normadan yüksək olduğu, lakin ikinci tip şəkərli diabet diaqnozu qoymaq üçün hələ kifayət qədər yüksək olmadığı bir vəziyyətdir.

Hər hansı aşkar klinik əlamətin müşahidə edilməməsinə baxmayaraq, bu hal insan sağlamlığı üçün böyük risk faktoru olaraq qalır. Zamanında zəruri tədbirlər görülmədikdə, prediabet inkişaf edərək tamhüquqlu ikinci tip diabetə çevrilə bilər. Bu da öz növbəsində ürək-damar, böyrək, sinir sistemi və göz xəstəliklərinin yaranma ehtimalını artırır.

Qrinyerin sözlərinə görə, bir çox pasiyent prediabetin olduğunu yalnız profilaktik müayinələr və ya laborator analizlər zamanı öyrənir. Halbuki qlükoza mübadiləsi pozuntusunun erkən aşkarlanması xəstəliyin sonrakı inkişafının qarşısını almağa imkan verir.

Mütəxəssis vurğulayıb ki, prediabet potensial olaraq geri dönən vəziyyətlərə aiddir. Həyat tərzinin korreksiyası - yüksək fiziki aktivlik, rasionda bitki mənşəli qidaların payının artırılması qanda şəkərin səviyyəsinin normal tənzimlənməsini bərpa etməyə və diabetin inkişaf riskini əhəmiyyətli dərəcədə azaltmağa qadirdir.

Həkim xüsusilə artıq çəkisi olan, arterial təzyiqi yüksək, fiziki aktivliyi aşağı olan və ailəsində şəkərli diabet tarixçəsi olan insanlara sağlamlıqlarına xüsusi diqqət yetirməyi tövsiyə edir.

TodayPress TV

NEWS FEED
05 AUGUST 2026
Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 All News