Orqanizmdə xroniki iltihabı azaldan məhsullar açıqlandı

Orqanizmdə xroniki iltihabı azaldan məhsullar açıqlandı
18.06.2026 03:00 Sağlamlıq

Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən qida məhsullarını açıqlayıblar. Aparılan tədqiqatlar göstərir ki, xroniki iltihab ürək-damar xəstəlikləri və diabet də daxil olmaqla, bir sıra ciddi problemlərin riskini artırır.

TodayPress TV xəbər verir ki, bu mövzu ilə bağlı mühüm tövsiyələr irəli sürülüb.

Ən faydalı məhsullar siyahısında antioksidantlar və antosiyaninlərlə zəngin olan giləmeyvələr xüsusi yer tutur. Araşdırmalar sübut edir ki, bu maddələr iltihabı azaltmağa və immun sisteminin fəaliyyətini gücləndirməyə kömək edir. Siyahıda, həmçinin orqanizmdəki iltihab markerlərinin səviyyəsini aşağı salan omeqa-3 yağ turşuları ilə zəngin olan yağlı balıqlar da yer alıb.

Mütəxəssislər rasiona brokkoli, avokado, yaşıl çay, şirin bibər, göbələk və üzümün də daxil edilməsini məsləhət görürlər. Bu qidalar tərkiblərindəki zəngin antioksidantlar və iltihab əleyhinə təsir göstərən digər birləşmələr sayəsində orqanizm üçün olduqca faydalıdır.

Faydalı ədviyyatlar arasında xüsusilə kurkuma (sarıkök) vurğulanır. Bundan əlavə, soyuq sıxılma (extra virgin) zeytun yağı, yüksək kakao tərkibli tünd şokolad, pomidor və albalı da iltihab əleyhinə təsir göstərir.

Eyni zamanda mütəxəssislər xatırladırlar ki, müəyyən qida məhsulları müalicənin tam əvəzedicisi ola bilməz. Ən yüksək nəticə balanslı qidalanma, fiziki aktivlik və sağlam həyat tərzinin vəhdəti ilə əldə edilir.

TodayPress TV

NEWS FEED
18 JUNE 2026
Yuxusuzluqla mübarizədə təbii və effektiv vasitə 23:25 Dəriniz və dişləriniz risk altındadır: Paslı suyun gözəgörünməz fəsadları 23:24 Nəhəng sövdələşmə: "Pizza Hut" 2.7 milyard dollara satıldı 23:22 Türkiyədə İsa Məsihin saqqalsız təsviri aşkarlandı -FOTO 23:19 Orqanizmdə xroniki iltihabı azaldan məhsullar açıqlandı 23:16 DÇ-2026: İngiltərə Xorvatiya üzərində böyükhesablı qələbə qazandı 02:08 ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini açıqladı 23:34 Mə.hur futbolçu həbs edildi - SƏBƏB 23:37 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 23:38 ABŞ–İran Anlaşma Memorandumunun fotoları yayıldı 00:45 Fransa millisinin start heyəti mundiallar tarixinə düşdü 23:30 "Neftçi SOCAR" klubu Orlean mərhələsinin qalibi oldu 00:16 Tramp İranla razılaşmadan sonrakı planlarını AÇIQLADI 23:59 "Səbail"in yeni prezidenti müəyyənləşdi 23:32 Hörmüz boğazında vəziyyət dəyişir: Tehran yeni detallar açıqladı 23:22 Bu dəfə ölkə birinciləri onlardır - FOTOLAR 23:13 Yəmən sahillərində gəmiyə silahlı hücum edildi 23:13 ABŞ–İran sazişinin detalları açıqlandı: 14 maddəlik memorandum dərc edildi 23:11 DÇ-2026: Portuqaliya-Konqo oyununda qalib müəyyənləşmədi 23:04 "HƏMAS"ın daha bir komandiri ÖLDÜRÜLDÜ 22:17 Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir? 22:41 DÇ-2026 ilə bağlı 16 ton saxta forma müsadirə edildi 20:50 Ağır qəzada həlak olan Məryəmin orqanları altı nəfərə həyat verdi - VİDEO 22:33 Putin Fidanı dərhal qəbul etdi: Bağlı qapılar arxasından Zelenskiyə minnətçi düşdülər 22:25 Ronaldu ən yaşlı meydan oyunçusu OLDU 21:46 All News