Buzlu içkiləri sevənlərə xəbərdarlıq: Görünməyən təhlükə sizi xəstələndirə bilər

Buzlu içkiləri sevənlərə xəbərdarlıq: Görünməyən təhlükə sizi xəstələndirə bilər
02.07.2026 05:00 Sağlamlıq

Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"yə müsahibəsində danışıb.

"Ən çox rast gəlinən pozuntular arasında qaynadılmamış kran suyundan istifadə, buz generatoru və buz qəliblərinin lazımi qaydada təmizlənməməsi, eləcə də yuyulmamış əllərlə işlənilməsi yer alır", - deyə o xəbərdarlıq edib.

Asiyat Abdullayevanın sözlərinə görə, buz yalnız butulkalanmış və ya əvvəlcədən qaynadılmış sudan hazırlandıqda təhlükəsiz hesab olunur. Bundan əlavə, buzun hermetik qablaşdırmada saxlanılması və çiy ət, balıq kimi məhsullardan uzaq tutulması tövsiyə edilir.

"Bulanıq buz kubları, yad qoxu və ya qeyri-bərabər quruluş buzun keyfiyyətinə şübhə yaradır. Belə hallarda həmin buzdan hazırlanmış içkidən imtina etmək lazımdır. Təhlükəsiz buz, adətən, şəffaf və təmiz olur", - deyə mütəxəssis bildirib.

TodayPress TV

NEWS FEED
02 JULY 2026
Alimlər 11 sentyabr terroru ilə sürətlənmiş qocalma arasında əlaqə aşkarlayıblar 22:39 Rusiyalı alimdən QORXUNC PROQNOZ: Asteroid Yerlə toqquşa bilər 22:36 Buzlu içkiləri sevənlərə xəbərdarlıq: Görünməyən təhlükə sizi xəstələndirə bilər 22:35 İqlim dəyişikliyi flaminqolara da təsir etdi 22:32 Milyardlarla illik səyahət Günəşdə başa çatdı 22:29 DÇ-2026: Belçika - Seneqal oyununda qalib müəyyənləşmədi 02:03 Yay aylarında saç baxımında ən böyük səhv - Mütəxəssis izah edir 22:27 Berlində Hitlerin sonuncu bunkerlərindən biri sökülə bilər 22:25 Vaşinqton və Tehran arasında yeni razılaşma: 3 milyard dolların taleyi bəlli oldu 00:34 Pezeşkian: Lazım olsa, SEPAH-a 100 milyon barel neft verəcəm 00:07 Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü 00:09 Prezident Lyayenin Azərbaycana səfəri ilə bağlı paylaşım etdi 00:01 İlham Əliyev və Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 19:30 İlham Əliyevin Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB 19:23 ABŞ-dən Türkiyəyə tərif: "Nümunə götürməlidirlər" 21:58 BMT-nin pulu sentyabr ayında qurtara bilər 22:19 ABŞ-dən İrana sərt xəbərdarlıq: Nüvə proqramını bərpa etsəniz... 22:22 Lyayen Azərbaycana səfəri ilə bağlı paylaşım etdi 22:31 Rusiya Xameneinin dəfninə onu göndərir 21:35 "İran ona tabedir" - Pezeşkian 22:08 DÇ-2026: İngiltərə Konqonu məğlub etdi 22:10 Zelenski Koşta və Martinlə Aİ-yə üzvlüyü müzakirə etdi 21:26 Ukrayna gizli əməliyyatla bu ərazini geri qaytardı 22:03 Millimiz ev oyununu Gəncədə keçirəcək 21:21 ABŞ senatoru İranın turnirdən kənar qalmasını alqışladı: “Sevincimdən mahnı oxudum” 21:41 All News