ƏÜO-da hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - VİDEO

ƏÜO-da hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - VİDEO
05.05.2026 17:37 Hərbi

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başa çatıb. 

TodayPress TV xəbər verir ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq qəbul məntəqəsində hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra onların işgüzar və mənəvi-psixoloji keyfiyyətləri öyrənilib, hərbi uçot ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin ediliblər.

Şəxsi heyətlə məsuliyyətliliyin formalaşdırılması istiqamətində  maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri, eləcə də təhlükəsizlik qaydaları çatdırılıb.

Toplanış çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, müasir döyüşün xüsusiyyətlərinə uyğun ümumqoşun və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, atıcı silahlardan və əl qumbaraatanlarından praktiki atış çalışmaları yerinə yetirilib.

Təlimin sonunda toplanış müddətində fərqlənənlər həvəsləndirilib.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Bütün Xəbərlər