Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir

Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir
04.08.2026 15:26 Maraqlı

Ağaclarla əhatə olunmuş küçələrdə yaşayan insanlar orta hesabla daha uzun yatır və yuxusuzluqdan daha az əziyyət çəkirlər.

TodayPress TV xəbər verir ki, bu barədə "Building and Environment" jurnalında dərc olunan yeni araşdırmada məlumat yer alıb.

Tədqiqat çərçivəsində alimlər süni intellekt vasitəsilə 200 mindən çox "Google Street View" şəklini analiz edərək küçələrdəki ağacların, bina sıxlığının, səkilərin, yolların və digər şəhər elementlərinin sayını qiymətləndiriblər. Daha sonra bu məlumatlar Tokioda çoxmənzilli binaların aşağı mərtəbələrində yaşayan 1089 işləyən şəxsin yuxu göstəriciləri ilə müqayisə edilib.

Nəticələrə əsasən, yaşıllıq səviyyəsi yüksək olan küçələrdə yaşayan iştirakçılar daha uzun yatdıqlarını bildiriblər. Eyni zamanda, sıx məskunlaşmış ərazilərdə yaşayanlarda da yuxusuzluq əlamətlərinin daha az müşahidə olunduğu müəyyən edilib. Tədqiqat müəllifləri bunu binaların insanlarda təhlükəsizlik və rahatlıq hissi yaratması ilə əlaqələndirirlər.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri isə inkişaf etmiş piyada infrastrukturuna malik küçələrin daha qısa yuxu və təhlükəsizlik hissinin azalması ilə əlaqələndirilməsi olub. Alimlərin fikrincə, belə ərazilər adətən daha səs-küylü, hərəkətli və izdihamlı olur ki, bu da yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
04 AUGUST 2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlandı 17:30 724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır! 17:43 Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq... 16:59 T-72: Sovet zirehli texnikasının ən uzunömürlü nümunəsi 17:12 Seutada miqrant böhranında Mərakeş hökümətinin əli var? - İspaniya araşdırır 17:27 Yannik Sinner təcili tibbi müayinədən keçirilir! 17:20 Çoxmərtəbəli binada yanğın: 16 nəfər xilas edildi 17:18 Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə! 17:16 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı 15:55 Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 All News