Süni intellekt onillik riyazi problemi həll etdi

Süni intellekt onillik riyazi problemi həll etdi
13.04.2026 18:45 Maraqlı

Çində hazırlanmış süni intellekt sistemi on ildən artıq müddətdə həll olunmayan riyazi problemi uğurla həll edib.

TodayPress TV  xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.

Araşdırma Pekin Universitetinin alimlər qrupu tərəfindən təqdim olunub. Söhbət 2014-cü ildə Ayova Universitetindən olan bir riyaziyyatçı tərəfindən irəli sürülmüş problemdən gedir. Mütəxəssislərin çoxsaylı cəhdlərinə baxmayaraq, bu məsələ indiyədək həll olunmamış qalırdı.

Yeni yanaşmanın əsas xüsusiyyəti onun tam muxtar olmasıdır. Sistem yalnız əvvəlcədən müəyyən edilmiş fərziyyələri yoxlamaqla kifayətlənməyib, həm də bütün prosesi müstəqil şəkildə həyata keçirib: fərziyyələr irəli sürüb, onları sınaqdan keçirib və nəticədə sübut əldə edib. Əvvəlki süni intellekt həllərindən fərqli olaraq, bu prosesin heç bir mərhələsində insan müdaxiləsinə ehtiyac olmayıb.

İnkişaf iki agentli arxitekturaya əsaslanır: alqoritmlər riyazi fəzanı araşdırır, bir-biri ilə qarşılıqlı əlaqədə olur və həll yollarını mərhələli şəkildə təkmilləşdirir. Bu yanaşma sistemə xarici müdaxilə olmadan təsdiqlənmiş nəticəyə nail olmağa imkan verib.

Bundan əvvəl "DeepMind" tərəfindən hazırlanmış "AlphaProof" sistemi bu sahədə mühüm uğurlar əldə etsə də, əksər hallarda sübutların yaradılması prosesində insan dəstəyinə ehtiyac duyulurdu.

Mütəxəssislərin fikrincə, bu nəticə muxtar elmi sistemlərin inkişafında mühüm mərhələ hesab edilə bilər. Əgər əvvəllər süni intellekt əsasən hesablamaları sürətləndirmək üçün istifadə olunurdusa, indi o, fundamental elmi problemləri müstəqil şəkildə həll etmək qabiliyyəti nümayiş etdirir.

Bu nailiyyət, həmçinin Çinin süni intellekt sahəsində artan elmi və investisiya potensialını, eləcə də qlobal rəqabətin gücləndiyini bir daha göstərir.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 All News