2000 ildən çoxdur fasiləsiz püskürən vulkan

2000 ildən çoxdur fasiləsiz püskürən vulkan
30.12.2025 19:30 Maraqlı

İtaliyanın Siciliya bölgəsinin şimalında yerləşən Stromboli vulkanı dünyada ən uzun müddət aktiv olan vulkanlardan biri hesab olunur.

TodayPress TV xəbər verir ki, alimlərin məlumatına görə, bu vulkan təxminən 2000 ildən artıqdır ki, demək olar fasiləsiz lava püskürür.

Stromboli eyniadlı kiçik adada yerləşir. Adanın sahəsi cəmi 12,5 kvadrat kilometrdir. Vulkan dəniz səviyyəsindən 926 metr, dəniz dibindən isə 2000 metrdən çox hündürlüyə malikdir.

Tarixi mənbələrə əsasən, Strombolinin ilk qeydə alınmış püskürməsi eramızdan əvvəl 350-ci ilə təsadüf edir. O vaxtdan bu günə qədər vulkan demək olar ki, daim aktiv qalıb. Bəzi alimlər isə onun təxminən 20 min ildir püskürdüyünü düşünür.

Strombolinin püskürmələri adətən güclü və dağıdıcı olmur. Əksər hallarda bu, qısa müddətli lava partlayışları, kül və qaz püskürmələri ilə müşayiət olunur. Bu partlayışlar gecə vaxtı parlaq narıncı işıq yaratdığı üçün vulkana “Aralıq dənizinin mayakı” adı verilib.

Mütəxəssislər bildirir ki, Stromboli o qədər xarakterik püskürmələrə malikdir ki, vulkanologiyada “Strombol püskürməsi” adlı xüsusi termin də məhz bu vulkanın adı ilə bağlı yaranıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
04 AUGUST 2026
Trampdan İrana XƏBƏRDARLIQ: Bu gün Hörmüz boğazı açılmasa… 20:24 Ər-Riyad qorxuya düşdü: Husilərlə müharibədən yayınmaq üçün gizli hərəkətə keçdi 20:15 Hindistana məxsus gəmi batırıldı 20:00 Rubio: “İran nüvə silahına sahib ola bilməz!” 19:46 25 ştat Trampa qarşı “ayağa qalxdı” - Məhkəməyə müraciət edildi 19:40 Yaxın Şərqdən gələn xəbər nefti ucuzlaşdırdı 19:24 Bu miqrantlar üçün Rusiyanın “qapısı bağlandı” - Putindən QƏRAR 19:11 Putin və Braziliyalı həmkarı Ukrayna ilə bağlı nə danışdı? 18:56 SON DƏQİQƏ: Hörmüz boğazı açıqdır 18:46 İran İraq və Küveyt sərhədinə qoşun yığır - TƏCİLİ - VİDEO 18:40 İranda güclü partlayış baş verdi - VİDEO 18:29 ABŞ və İran arasında “buzlar əriyir” - İlk ciddi irəliləyiş 18:26 Bu ölkə nüvə tullantılarını “gizlədir” - Dünyada İLK 18:16 Aİ-nin toyuqları Rusiyaya gedə bilmədi 18:10 İsrailin geri çəkilməsi üçün yeni xəritə: Livandan diqqətçəkən təklif 17:48 Ötən ay 11 aptekdə nöqsan aşkarlandı 17:30 724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır! 17:43 Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq... 16:59 T-72: Sovet zirehli texnikasının ən uzunömürlü nümunəsi 17:12 Seutada miqrant böhranında Mərakeş hökümətinin əli var? - İspaniya araşdırır 17:27 Yannik Sinner təcili tibbi müayinədən keçirilir! 17:20 Çoxmərtəbəli binada yanğın: 16 nəfər xilas edildi 17:18 Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə! 17:16 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 All News