Naxçıvan fermerlərinə payızlıq əkin üçün 320 ton taxıl toxumu alınır

Naxçıvan fermerlərinə payızlıq əkin üçün 320 ton taxıl toxumu alınır
25.08.2025 11:35 Kənd Təsərrüfatı

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fermerləri payızlıq əkinlər üçün toxumla təmin etmək məqsədilə 320 ton taxıl toxumu alır.

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, bunun üçün "Naxçıvan Aqroservis" xətti ilə 200 ton buğda, “Naxçıvan Toxumçuluq" xətti ilə 120 ton buğda və arpa toxumu alınması nəzərdə tutulub.

Məlumata görə, Naxçıvanda 17 min hektara yaxın sahədə payızlıq əkinlər aparılır. Alınan toxumlar fermerlərin Naxçıvanın iqliminə uyğun olan, yüksək reproduksiyalı və məhsuldar toxuma olan tələbatının müəyyən hissəsini qarşılamağa imkan verəcək.

"Fermerlər bir çox halda öz əkinlərindən saxladıqları toxumları əkirlər, bu da aşağı məhsuldarlığa, su və vəsait itkisinə səbəb olur. Toxum alınması ilə yanaşı, biz hazırda toxumçuluğun inkişafı, Naxçıvanın iqliminə və suvarma imkanlarına uyğun toxumların yetişdirilməsi və toxumçuların formalaşması istiqamətində iş aparırıq. Yerli fermerlər arasında toxumçuların yetişməsi bölgənin iqliminə uyğun, ənənəvi məhsulların yüksək reproduksiyalı toxumlarının əldə edilməsinə imkan verəcək",- nazirlikdən məlumat verilib.

XƏBƏR LENTİ
07 AVQUST 2026
UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 "Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Bütün Xəbərlər