3 milyon tondan çox taxıl yığıldı

3 milyon tondan çox taxıl yığıldı
27.07.2026 14:37 Kənd Təsərrüfatı

Bu günə qədər Azərbaycanda payızlıq taxıl sahələrinin 92 %-də biçin başa çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargah məlumat yayıb.

Mövsüm ərzində 883 995 hektar sahədə biçin aparılıb, bu sahələrdən 3 038 467 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,4 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 404 326 hektar buğda, 479 669 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 491 990 ton buğda, 1 546 477 ton arpa yığılıb. Buğda sahələrinin 88 %-də, arpa sahələrinin isə 95,6 %-də biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sent/ha, arpa üzrə isə 32,2 sent/ha təşkil edir.

Artıq 20 rayonda - Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Naftalan, Göyçay, Kəlbəcər, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şuşa, Tərtər, Ucar və Yevlaxda biçin tam yekunlaşıb, respublikanın 22 rayonunda - Ağdam, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Şabran, Füzuli, Goranboy, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Saatlı, Samux, Şəki, Yardımlı, Zaqatala və Zərdab rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

XƏBƏR LENTİ
27 IYUL 2026
Səudiyyə Ərəbistanında neft obyektlərinə PUA hücumu: Ər-Riyad və Şərq əyaləti hədəf alındı 17:15 Kipr heç vaxt rum tərəfinə möhtac olmayıb, bundan sonra da olmayacaq 17:09 Pirlo olmayacaq? İki məşhur məşqçi ön plana çıxdı 17:02 Paşinyan daha çox ermənidir, yoxsa Emin Hüseynov? 17:01 MEDİA: "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur 16:54 Barış Alper həm transferdən, həm hədəflərdən danışdı 16:48 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi 16:39 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı 16:28 ABŞ-ni nə dayandırdı? - yeni iddialar ortaya çıxdı 16:07 "Vahid indekslərin siyahısı" genişləndirildi 16:07 Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq - VİDEO 15:35 Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 Güclü külək “Amay”da bədbəxt hadisəyə səbəb oldu - Yaralanan var 15:12 Azərbaycan hakimlik məktəbi növbəti uğura imza atdı 15:09 Azərbaycanlı güləşçilərdən mundialda güclü çıxış 15:01 Netanyahunun təyyarəsi Vaşinqtona yola düşüb - İDDİA 14:54 Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq 14:55 3 milyon tondan çox taxıl yığıldı 14:47 Anomal istilər 3800-dən çox can aldı 14:42 Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Bütün Xəbərlər