Rəşad Nəbiyev: “Zəngəzur dəhlizi əhəmiyyətli logistik xəttdir”

Rəşad Nəbiyev: “Zəngəzur dəhlizi əhəmiyyətli logistik xəttdir”
26.11.2025 11:28 İqtisadiyyat

Azərbaycan nəqliyyat sektorunda həyata keçirilən genişmiqyaslı layihələr regionun tranzit xəritəsini əsaslı şəkildə yeniləyir.

TodayPress TV xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev  Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib.

Nazirin sözlərinə görə, infrastrukturun modernləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi və tarif siyasətinin optimallaşdırılması ölkələr arasında daha dərin inteqrasiyanı təmin edən əsas amillərdəndir.

"Azərbaycan Rusiya ilə birlikdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində tranzit daşımalarının artırılması üzrə əməkdaşlıq sazişi imzalayıb. Sənədə əsasən, bu marşrut üzrə yük dövriyyəsinin 2028-ci ilədək 5 milyon tona, gələcəkdə isə 15 milyon tona çatdırılması nəzərdə tutulur.

Dəhlizin Azərbaycan hissəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması ilin sonunadək başa çatdırılacaq. Paralel olaraq Ələt-Osmanlı-Astara xəttində genişmiqyaslı tikinti və bərpa işləri aparılır.

İranla əməkdaşlıq çərçivəsində Astara terminalının tikintisi və istismarına dair Strateji Əməkdaşlıq Planı həyata keçirilir. Terminal 25 illik müddətə Azərbaycana təhvil verilib və tikintinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır".

Rəşad Nəbiyev vurğulayıb ki, Zəngəzur dəhlizi həm Şimal-Qərb, həm də Şimal-Cənub istiqamətləri üçün əhəmiyyətli logistik xəttdir. 

"Hazırda dəhlizin tikintisi sürətlə davam edir və ötürmə qabiliyyətinin ildə 15 milyon tona çatdırılması nəzərdə tutulur.

Horadizdən Ermənistan sərhədinədək dəmir yolu xəttinin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Naxçıvan istiqamətində təxminən 200 kilometrlik magistralın layihələndirilməsi başa çatıb və yaxın günlərdə tikintiyə start veriləcək".

Nazir ilin əvvəlində Bakı Beynəlxalq Dəniz Limanının Azərbaycan Dəmir Yolları strukturuna inteqrasiyasının mühüm nəticələr verdiyini də vurğulayıb. Onun sözlərinə görə, cari ilin 10 ayında limanda emal olunan yüklərin həcmi 40% artıb. İl sonunadək 100 min TEU göstəricisi ilə rekord nəticə gözlənilir.

Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində ötürmə qabiliyyəti 1 milyondan 5 milyon tona yüksəldilib.

O əlavə edib ki, “vahid pəncərə” sistemi, elektron hərəkət vərəqələri və beynəlxalq yükdaşımaları əlaqələndirən rəqəmsal mexanizmlər logistik əməliyyatları xeyli sadələşdirib:

"Azərbaycan bu sahədə regional tərəfdaşlarla təcrübə mübadiləsinə hazırdır. Son illərdə həyata keçirdiyimiz layihələr regionun nəqliyyat xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Əminəm ki, aparılan müzakirələr geniş regionların inkişafına öz töhfəsini verəcək".

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
17 JUNE 2026
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 All News