Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı
23.07.2025 13:02 İqtisadiyyat

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çex Respublikasına işgüzar səfəri çərçivəsində keçirilmiş görüşlərdə iqtisadi tərəfdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.

TodayPress TV İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, M. Cabbarov səfər çərçivəsində bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek ilə görüşüb.

Görüşdə Azərbaycan-Çexiya əlaqələrinə önəm verildiyi, tərəfdaşlığın genişləndirilməsində Azərbaycan Hökuməti və Çexiya Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın rolu, qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, enerji, sənaye, nəqliyyat, tranzit, turizm və investisiyalar üzrə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Çexiyanın nəqliyyat naziri Martin Kupka ilə görüşdə Azərbaycanın sosial-iqtisadi hədəfləri və onlara nail olunması məqsədilə görülən işlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, yeni reallıqlar şəraitində artan nəqliyyat-tranzit potensialı, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Bildirilib ki, nəqliyat və tranzit istiqamətləri Çexiya ilə iqtisadi sahədə əməkdaşlığın prioritet istiqamətlərindəndir. Görüşdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələrinə dair fikir mübadiləsi olub. Tərəflər innovativ ekosistem, kosmik sənaye və startaplar üzrə irəli sürülən təklifləri müzakirə ediblər.

Çexiyanın “Agrofert” şirkətinin sədr müavini Petr Cingri ilə görüşdə aqrar sahədə səmərəli fəaliyyətin və dayanıqlı istehsala keçidin əhəmiyyəti vurğulanıb. Azərbaycanda xarici investorlar üçün yaradılmış fürsətlər və potensial əməkdaşlıq istiqamətləri diqqətə çatdırılıb. “Agrofert” şirkəti ölkəmizdə yaradılan əlverişli biznes mühitindən yararlanmaqla fəal işbirliyinə dəvət olunub.

“Skoda Group”un icraçı sədr müavini Tomas İqnaçak ilə görüşdə Azərbaycanın iqtisadi prioritetləri, ölkəmizdə yaşıl texnologiyaların tətbiqi barədə məlumat verilib. “Skoda Group” ilə əməkdaşlıq və şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin Azərbaycanda tətbiqi imkanları barədə müzakirə aparılıb.

FOTOLAR

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 1
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 2
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 3
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 4
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 5
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 6
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 7
XƏBƏR LENTİ
02 AVQUST 2026
Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Bütün Xəbərlər