“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç

“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç
27.01.2026 11:55 İKT

“SİMA KYC”nin “Videozəng” həlli vasitəsilə “Yelo Bank”da hüquqi şəxslər üçün hesab açılması prosesi rəqəmsallaşıb.

TodayPress TV xəbər verir ki, inteqrasiya sayəsində artıq hüquqi şəxslər banka getmədən, tam rəqəmsal və təhlükəsiz formada biznes hesabı aça bilirlər.

Bunun üçün müştəri “Yelo Bank”ın veb saytında “İnternet Bankçılıq” platforması üzərindən qeydiyyatını bitirdikdən sonra videozəng mərhələsinə keçid edir. Bu mərhələdə “SİMA KYC”nın “Videozəng” həlli ilə məsafədən şəxsin identifikasiyası aparılır. İdentifikasiya prosesi biometrik üztanıma texnologiyası əsasında həyata keçirilir. Proses zamanı bir neçə formada canlılıq testi aparılır. Bu isə həm şəxsin eyniləşdirilməsini təmin edir, həm də zəngin qaydalar çərçivəsində aparıldığını müəyyən edir.

Qeyd edək ki, “SİMA KYC” məhsulunun tərkib hissəsi kimi təqdim olunan “Videozəng” həlli bankların və digər maliyyə qurumlarının bazarda formalaşdırdığı tələbat əsasında hazırlanıb. Həll müştərilər və maliyyə qurumları arasında təhlükəsiz videozəng prosesini təmin edir. Bu sistem yeni müştərilər üçün məsafədən hesab açılması prosesini xeyli sadələşdir və Azərbaycan Mərkəzi Bankının tələblərinə tam şəkildə uyğundur.

“Videozəng” həlli ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Geyci Topuriyanı məğlub etdi -VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 All News