ETX nümayəndələri “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” də iştirak etdilər

ETX nümayəndələri “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” də iştirak etdilər
22.09.2025 12:02 İKT

Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri 15-19 sentyabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş “Regional Kibertəhlükəsizlik Həftəsi 2025”-də iştirak ediblər. 

TodayPress TV xəbər verir ki, tədbir çərçivəsində ETX-nin Beynəlxalq əməkdaşlıq sektorunun aparıcı mütəxəssisi Elşad Haşimov və Kibertəhlükəsizlyinin idaredilməsi sektorunun aparıcı məsləhətçisi Rüstəm Müzəffərov kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də əməkdaşlığın gücləndirilməsi məqsədilə müxtəlif görüşlərdə, həmçinin yeni təhdidlər və onların qarşısının alınması istiqamətində müzakirələrdə iştirak ediblər.

Onlar tədbir çərçivəsində təşkil edilmiş 13-cü Regional "CyberDrill" və digər kiber yarışlara da qatılıblar.

Qeyd edək ki, Regional Rabitə Birliyinin (RCC) təşkil etdiyi tədbir Mərakeşdə İnformasiya Sistemlərinin Təhlükəsizliyi Baş İdarəsinin (DGSSI) tərəfdaşlığı, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), OIC-CERT və FIRST təşkilatları ilə əməkdaşlıq çərçivəsində baş tutub. “Dayanıqlı İqtisadi İnkişaf üçün Rəqəmsal Suverenlik” mövzusuna həsr olunmuş tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində regional əməkdaşlığın gücləndirilməsi, kritik infrastrukturun mühafizəsi və rəqəmsal suverenlik prinsipləri əsasında davamlı iqtisadi inkişafın təmin olunmasıdır.

TodayPress TV

FOTOLAR

ETX nümayəndələri “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” də iştirak etdilər — 1
ETX nümayəndələri “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” də iştirak etdilər — 2
ETX nümayəndələri “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” də iştirak etdilər — 3
ETX nümayəndələri “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” də iştirak etdilər — 4
ETX nümayəndələri “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” də iştirak etdilər — 5
XƏBƏR LENTİ
07 AVQUST 2026
Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 "Tarqovı"da obyekt yanır - VİDEO - YENİLƏNDİ 11:51 Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın öldürüldü, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Bütün Xəbərlər