Davud Rüstəmov: ​​DTX süni intellektlə törədilən cinayətləri nəzarətdə saxlayır

Davud Rüstəmov: ​​DTX süni intellektlə törədilən cinayətləri nəzarətdə saxlayır
10.10.2025 15:15 İKT

“Süni intellektdən istifadə edilməklə həyata keçirilən kibercinayətkarlıq və eləcə də müxtəlif növ cinayət halları Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən nəzarətdə saxlanılır”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025" (CIDC 2025) adlı konfransın panel müzakirələri zamanı moderatorun “Süni intellektin imkanlarından istifadə etməklə həyata keçirilən kiberhücumlara, eləcə də müxtəlif növ cinayətkarlığa qarşı mübarizəyə dair hansı addımlar atılır?” sualını cavablandıran DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov deyib.

O, son zamanlar bütün sahələrdə müşahidə edilən süni intellekt həllərinin tətbiqinə dair artmaqda olan tendensiyanı vurğulayaraq, süni intellektin cinayət məqsədləri üçün istifadəsinə dair maraqların da sürətlə artdığı barədə danışıb.

D.Rüstəmov bildirib ki, süni intellektdən istifadə edilməklə həyata keçirilən kibercinayətkarlıq və eləcə də müxtəlif növ cinayət halları DTX tərəfindən nəzarətdə saxlanılır: "Qeyd edilməlidir ki, dünyada süni intellektdən istifadə edilməklə törədilən təxribat cinayətlərinin miqyasında diqqətçəkən artım dinamikası müşahidə edilir. Əməliyyat şəraitinə nəzarət zamanı əldə olunan təcrübə, eləcə də tərəfdaş xarici xüsusi xidmət orqanları ilə aparılan əməkdaşlıq çərçivəsində bu qənaət daha da güclənməkdədir. Xaricdə aparılan araşdırmaların birində Böyük Dil Modelinin (LLM – Large Language Model) qanunsuz istifadəsinə dair hallar aşkar edilib. Bu da cinayətkar şəbəkələrə təxribat cinayətlərinin törədilməsində mürəkkəb ssenarilər hazırlamağa imkan verir”.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Bütün Xəbərlər