Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək
21.05.2026 15:18 İKT
İyunun 4-də Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin baş tərəfdaşlığı ilə Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu öz işinə başlayacaq.

TodayPress TV xəbər verir ki, ölkənin ən nüfuzlu kibertəhlükəsizlik platformalarından birinə çevrilmiş bu forum dövlət strukturlarını, özəl sektorun təmsilçilərini, beynəlxalq partnyorları, texnologiya şirkətlərini və sahə mütəxəssislərini bir məkanda cəmləyərək kibertəhlükəsizlik sahəsindəki müasir çağırışların və gələcəyə dair perspektivlərin müzakirəsi üçün əhəmiyyətli əməkdaşlıq platforması yaradacaq.

Forumun başlıca hədəfi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək olmaq, dövlət və özəl sektor arasında tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək, həmçinin beynəlxalq təcrübənin və innovativ metodların mübadiləsini stimullaşdırmaqdır.

Tədbir zamanı kibertəhlükəsizlik sahəsində tanınmış beynəlxalq mütəxəssislərin, qabaqcıl qlobal İT və texnologiya şirkətlərinin rəhbərlərinin çıxışları planlaşdırılır. Forum çərçivəsində rəqəmsal transformasiya prosesində meydana çıxan yeni kiber təhdidlər, süni intellekt texnologiyalarının kibertəhlükəsizliyə göstərdiyi təsir, kritik infrastrukturun müdafiəsi, regional əməkdaşlıq perspektivləri və kibermüdafiə sahəsində çağdaş yanaşmalar geniş şəkildə müzakirəyə çıxarılacaq.

Eyni zamanda, forum daxilində reallaşdırılacaq panel sessiyaları və təqdimatlar zamanı aşağıdakı mövzular ətrafında fikir mübadiləsi həyata keçiriləcək:

kibertəhlükəsizlik sahəsində cari risklər,
innovativ həllər və qabaqcıl texnoloji vasitələr,
dünya miqyasında texnoloji meyllər,
beynəlxalq təcrübələr və uğurlu tətbiqi nümunələr.
Forum iştirakçıları üçün xüsusi sərgi məkanı da nəzərdə tutulub. Bu sərgidə kibertəhlükəsizlik sahəsində çalışan yerli və xarici şirkətlər öz məhsullarını, xidmətlərini, yenilikçi texnologiyalarını və startap layihələrini təqdim edəcəklər.
IV Milli Kibertəhlükəsizlik Forumunun ölkədə kibertəhlükəsizlik istiqamətində əməkdaşlığın dərinləşməsinə, bilik və təcrübə paylaşımının artırılmasına, eləcə də rəqəmsal təhlükəsizlik sahəsində yeni təşəbbüslərin irəli sürülməsinə ciddi töhfə verəcəyi proqnozlaşdırılır.

"Report İnformasiya Agentliyi" forumun media partnyorudur.

Forum barədə əlavə məlumatı www.cyberforum.az veb-saytından almaq mümkündür.

PHOTOS

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək — 1
NEWS FEED
15 JUNE 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 All News