Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi

Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi
04.08.2026 10:49 İdman

Aleksandr Zverev Sinner, Alkaras və Cokoviçin Monreal “Masters”ində iştirak etməməsinin səbəbini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Punto de Break” nəşri məlumat yayıb. 

Dünya reytinqində ikinci pillədə qərarlaşan almaniyalı tennisçi Aleksandr Zverev bunun əsas səbəbinin “Masters 1000” seriyasına daxil olan turnirlərin iki həftə davam etməsinin olduğunu bildirib. 

O hesab edir ki, xüsusilə ABŞ Açıq çempionatından (US Open) əvvəl belə uzunmüddətli yarışlar bəzi tennisçilər üçün əlavə yük yaradır.

“Əla formada qalmaq üçün bəzi oyunçular daha çox, digərləri isə daha az turnirdə iştirak etməlidirlər. Mənim üçün oynamaq vacibdir, buna görə də yarışlarda çıxış edirəm. Ancaq artıq ikinci və ya üçüncü ildir ki, Alkaras, Sinner və Cokoviç burada oynamırlar. Bu, iki həftəlik “Masters 1000” turnirlərinin nəticəsidir. Xüsusilə US Open öncəsi bu müddət bəzi oyunçular üçün həddindən artıq uzundur. Mən də əvvəllər daha çox ATP-500 və ATP-250 turnirlərində çıxış edirdim. Lakin indi evdən və ailədən uzun müddət uzaqda qalmalı olduğum üçün bunu etmirəm. Bununla belə, mənim üçün matç praktikası çox vacibdir”, – deyə Zverev bildirib.

Qeyd edək ki, Monreal “Masters” turniri avqustun 2-dən 13-dək keçirilir. Yarışın kişilər arasında tək oyunlar üzrə ümumi mükafat fondu 9,5 milyon ABŞ dollarıdır.

Namiq HUN

TodayPress TV

NEWS FEED
04 AUGUST 2026
ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 11:57 Pezeşkiandan istefa açıqlaması: Nə baş verir? 12:32 Şahbuzda zəlzələ oldu 12:24 Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır 12:08 Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı 12:01 Artıq sürücülərə ehtiyac olmayacaq - Qəza olsa... 12:00 Ceyhun Bayramov İqnazio Kassisi qarşıladı 11:37 Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! 11:31 Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi 11:21 Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq 11:07 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı 11:01 Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi 10:49 All News