UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi
UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor diz əməliyyatının uğurla keçdiyini və oktaqona qayıdış üçün hazırlığa başladığını bildirib.
TodayPress TV xəbər verir ki, irlandiyalı döyüşçü sosial şəbəkə hesabında paylaşdığı açıqlamada əməliyyatdan sonra bərpa prosesinin uğurlu olduğunu vurğulayıb.
“Əməliyyat uğurla başa çatdı. Dizim bərpa olundu. Şübhə edənlər danışmağa davam edə bilərlər. Mən ağrıdan qaçmadım, onun üzərinə getdim. İndi isə əsl iş başlayır. Qayıdış mövsümü bu gündən start götürür. Heç bir bəhanə yoxdur, yalnız yenidən ayağa qalxmaq iradəsi var”, – deyə Makqreqor yazıb.
Qeyd edək ki, Konor Makqreqor iyul ayında UFC 329 turnirində Maks Holloueyə qarşı döyüşdə dizindən zədə almışdı. Beş ildən sonra ilk dəfə oktaqona çıxan irlandiyalı görüşün əvvəlində uğursuz eniş etdikdən sonra daha iki dəfə yıxılıb. Hakim döyüşü 69-cu saniyədə dayandırıb və texniki nokautla qələbə Maks Holloueyə verilib.
Namiq HUN