Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu!
Niderlandın “Ayaks” klubu Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegenin transferini rəsmən elan edib.
TodayPress TV xəbər verir ki, 33 yaşlı qolkiper “Barselona” klubundan cari mövsümün sonunadək icarə əsasında komandaya qoşulub.
Ter Ştegen 2014-cü ildən Kataloniya təmsilçisinin formasını geyinirdi. O, 2025/2026-cı illər mövsümünün ikinci hissəsini icarə əsasında “Jirona”da keçirsə də, zədə səbəbindən cəmi iki oyunda meydana çıxıb.
Qeyd edək ki, “Ayaks” ötən mövsüm Niderland Erediviziyasında beşinci yeri tutub. Komanda ölkə kubokunda 1/8 final mərhələsinə qədər irəliləyib, UEFA Çempionlar Liqasında isə ümumi mərhələni adlaya bilməyib. Amsterdam klubu yeni mövsümdə UEFA Konfrans Liqasında mübarizə aparacaq.
Namiq HUN