Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi

Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi
03.08.2026 10:12 İdman

“Trabzonspor” klubunun prezidenti Məhəmməd Salahın transferi ilə bağlı iddialara münasibət bildirib. 

TodayPress TV xəbər verir ki, “Trabzonspor”un prezidenti Ərtoğrul Doğan sabiq “Liverpul” ulduzu Məhəmməd Salahın Türkiyə klubuna mümkün keçidi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Klub rəhbəri bildirib ki, hazırda Salahın transferi ilə bağlı heç bir razılaşma əldə olunmayıb və futbolçunun Trabzona səfəri planlaşdırılmır.

“Müxtəlif iddialar səslənir, amma heç bir transfer razılaşması yoxdur. Belə bir plan olsaydı, media və azarkeşlərə məlumat verərdik. Kim Salah kimi futbolçunu komandasında görmək istəməz? Amma hazırda heç bir razılaşma yoxdur”, – deyə Ərtoğrul Doğan bildirib.

O, Salahla danışıqlar aparılıb-aparılmaması barədə danışmaq istəmədiyini vurğulayıb.

“Azarkeşlər də, mən də Salah kimi oyunçunu komandada görmək istəyirik. Amma hazırda nə transfer var, nə də onun Trabzona gəlməsi ilə bağlı plan”, – deyə klub prezidenti əlavə edib.

Ərtoğrul Doğan daha əvvəl Aral Şimşirin transferi ilə bağlı marağı təkzib etdikdən sonra futbolçunun heyətə cəlb olunmasını da izah edib.

Onun sözlərinə görə, həmin vaxt futbolçu üçün 25-30 milyon avro tələb olunurdu və klub danışıqlar prosesində öz maraqlarını qorumaq üçün ehtiyatlı mövqe tutmağa məcbur idi.

Qeyd edək ki, daha əvvəl Məhəmməd Salahın “Qalatasaray”la danışıqların nəticəsiz qalmasından sonra “Trabzonspor”a keçməyə yaxın olduğu barədə xəbərlər yayılmışdı.

Namiq HUN

TodayPress TV

NEWS FEED
03 AUGUST 2026
Sabah Azərbaycanda neçə dərəcə isti olacaq? - AÇIQLANDI 12:48 Azərbaycan XİN Pakistana başsağlığı verdi 12:45 Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - VİDEO 12:23 “Formula-1”də gündəm: “Mersedes”dən gözlənilməz qərar 12:19 Kartdan karta köçürməyə limit qoyuldu - Rəsmi reaksiya 12:16 Van Qal yenidən Niderland millisinin sükanı arxasında? 12:08 Jurnalistdən sensasion iddia: Karri nəzarətdə saxlanılır 12:06 Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi 12:04 HDQ-də buraxılış mərasimi keçirildi - VİDEO 11:59 NBA ulduzunun sağlamlığı üçün ayırdığı məbləğ təəccübləndirdi 11:48 Yeni imperiya qurulur... - XXI əsrin İNANILMAZ SSENARİSİ üzərində işləyirlər 11:39 Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı 11:37 Ağdərədə mina partlayıb - YARALILAR VAR 11:34 Ceki Çan Bakıya gəldi 11:25 Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı 11:09 Kolleclərə ixtisas seçimi başladı 10:59 Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi 10:41 “Berkan” iddiaları boşa çıxdı: Vozinya Çilidədir 10:34 Qızıl həftəyə yüksəlişlə başladı 10:32 MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Neft qiymətləri 5 %-dən çox aşağı düşdü 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 FHN: Ötən həftə 861 yanğına çıxış olub, 59 nəfər xilas edilib - VİDEO 09:55 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək 09:40 All News