Qızıl medala bir addım: İki güləşçimiz finala yüksəldi
İki güləşçimiz U-17 dünya çempionatının finalına yüksəlib.
TodayPress TV xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında finala adını yazdırıb.
45 kq çəki dərəcəsində yarışan idmançımız yarımfinalda iranlı Esmayili Armin Amin görüşə çıxmadığı üçün həlledici mərhələyə yüksəlib.
51 kq çəki dərəcəsində yarışan yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli də dünya çempionatında finala yüksəlib. O, yarımfinalda gürcüstanlı Saba Abaşidzeyə (9:3) qalib gələrək həlledici mərhələyə adlayıb.
Hər iki təmsilçimiz iyulun 29-da qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Milli üzvü Elmir Çərkəzov isə bürünc medal uğrunda görüşə çıxacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda iranlı Amirreza Saeid Tahmasbpourmarzouniyə məğlub olub - 4:5.
Namiq HUN