Mütəxəssislər onu görməzdən gəlir, Bekker isə böyük gələcək vəd edir
“Böyük dəbilqə” turnirlərinin 6 qat qalibi, sabiq dünya 1 nömrəsi Boris Bekker Kanadanın Monreal şəhərində keçirilən “Masters” turnirində uğurlu çıxış edən amerikalı tennisçi Löner Tien barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, 20 yaşlı tennisçi hazırda dünya reytinqində 19-cu pillədə qərarlaşıb.
Bekker sosial şəbəkə hesabında Tienin bir çox mütəxəssis tərəfindən lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib.
“Düşünürəm ki, hansısa səbəbdən Tien bir çox mütəxəssisin diqqətindən kənarda qalır. Təbii ki, mənim yox! O, əsl peşəkardır. Yaxın gələcəkdə ondan böyük uğurlar gözləyin!” – deyə almaniyalı tennisçi qeyd edib.
Qeyd edək ki, Löner Tien Monrealda keçirilən “Masters” turnirində 1/4 finala yüksəlib. O, 1/8 finalda argentinalı Tyaqo Aqustin Tiranteni 6:4, 6:4 hesabı ilə məğlub edib.
Namiq HUN