Mourinyodan illər sonra gələn etiraf: “Ürəyimin səsini dinlədim”

Mourinyodan illər sonra gələn etiraf: “Ürəyimin səsini dinlədim”
10.08.2026 10:56 İdman

“Real”ın baş məşqçisi Joze Mourinyo 2013-cü ildə “Mançester Yunayted”in baş məşqçisi olmaqdan niyə imtina etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Portuqaliyalı mütəxəssis bildirib ki, həmin vaxt Madrid təmsilçisindən ayrıldıqdan sonra ser Aleks Ferqyusonu “Mançester Yunayted”də əvəzləmək barədə razılığa gəlib.

“Real”dan ayrıldıqdan sonra “Mançester Yunayted”də ser Aleksin yerinə keçmək barədə razılaşmışdım. Bu təklif mənim üçün böyük şərəf idi. Çünki “Mançester Yunayted” çox maraqlı seçimdir. Amma futbola sevgi ilə konkret kluba olan sevgi tamamilə fərqli şeylərdir. Düşünürəm ki, konkret kluba olan sevgi daha güclüdür və əslində, “Real”dan sonra yenidən sevilmək istəyirdim.

Ser Aleks Ferqyusonun varisi olmaqdan imtina etmək qərarı mənim üçün çox çətin idi. Lakin buna görə peşman deyiləm, çünki ürəyimin səsinə qulaq asaraq seçim etdim”, – deyə Mourinyo bildirib.

Namiq HUN

TodayPress TV

NEWS FEED
10 AUGUST 2026
Azərbaycanın Belçikadakı səfiri geri çağırıldı 13:36 İranın iki yüksəkvəzifəli şəxsi Pakistana gedir – SƏFƏRİN SƏBƏBİ 13:17 Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya təyin olundu 13:34 Azərbaycanın Polşadakı səfiri geri çağırılıb, yenisi təyin olundu 13:31 Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı 13:28 “Klippers”dən rekord transfer: NBA-nın ən qısa və ən uzunboylusu bir arada! 13:25 “Dinamo”nun məşqçisi “Qarabağ”ın gücünü etiraf etdi 13:11 Lisenziyasız kosmetoloqla bağlı Səhiyyə Nazirliyi hərəkətə keçdi 13:04 Millilərimizdən Türkiyədə böyük hədəf: Qələbə və reytinq xalları! 13:07 Azad edilmiş ərazilərdə 891 mina və sursat zərərsizləşdirildi – 1 581 hektar təmizləndi 12:57 Mariupol–Cankoy yolunda güclü partlayış: Yanacaq çənləri yandı – VİDEO 12:33 Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim” 12:48 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:46 Smart keçmiş klubunun fanatlarını hədəfə aldı: “Ən çirkinlərdir” 12:36 Məkkə Sazişi - Türk ordusu 100 il sonra Məkkədə 12:32 İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama 12:18 Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:57 Vembanyama NBA tarixinin böyük rekorduna göz dikdi! 11:54 Nijnekamskdə PUA hücumu: 12 nəfər öldü, 39 nəfər yaralandı – MATƏM ELAN EDİLDİ 08:26 Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi! 11:33 Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir 11:23 Xamenei martın ortalarından ölüb - İDDİA 11:10 Litvanın Baş naziri İlham Əliyevə zəng etdi 11:09 İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi 11:05 Pezeşkian Azərbaycan dilində danışdı, tənqid olundu 11:01 All News