MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin!

MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin!
11.08.2026 13:30 İdman

Keçmiş MotoGP pilotu, hazırda ekspert və şərhçi kimi fəaliyyət göstərən Nil Hodcson motosportun daha çox tanınması üçün onun təhlükəli və sərt tərəflərinin tamaşaçılara göstərilməsini təklif edib.

TodayPress TV “RacingNews365”ə istinadən xəbər verir ki, Hodcson bu fikirləri motosportun kommersiya hüquqlarının sahibi olan “Liberty Media” ilə bağlı səsləndirib.

Onun sözlərinə görə, MotoGP-nin populyarlaşdırılması üçün ilk növbədə yarışçıların fərdi xüsusiyyətləri ön plana çıxarılmalı, daha sonra isə idmanın təhlükəli tərəfləri nümayiş etdirilməlidir.

“Düşünürəm ki, onlar iki şeyi etməlidirlər. Birincisi, şəxsiyyətləri göstərmək lazımdır. Paddokda çoxlu maraqlı insanlar var. İkincisi isə təhlükəni göstərməkdir”, – deyə Hodcson bildirib.

Ekspert hesab edir ki, MotoGP-yə hələ marağının olub-olmadığına əmin olmayan adi tamaşaçı üçün sürət və təhlükənin nümayiş etdirilməsi cəlbedici ola bilər. O, bunu MMA-dakı yanaşma ilə müqayisə edib.

Hodcson nümunə kimi Moto3 çempionatının lideri Maks Kilesin qəzasını göstərib. Onun sözlərinə görə, pilot təxminən saatda 80 mil sürətlə yüksək tərəfli qəza keçirərək çiyni üzərinə düşüb və ehtimal ki, körpücük sümüyünü sındırıb.

Keçmiş pilot hesab edir ki, belə hallarda idmançının müalicə və bərpa prosesi də tamaşaçılara göstərilməlidir: “Biz onu tibbi mərkəzə qədər izləməliyik, daha sonra əməliyyat prosesini, üç gün sonra məşqlərini, beş gün sonra velotrenajorda çalışmasını və nəhayət, ilk yarış həftəsonunda trasa qayıdışını göstərməliyik. Biz bu insanların həyatına daha yaxından nəzər salmalıyıq”.

Namiq HUN

NEWS FEED
11 AUGUST 2026
Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 All News