MLS-də superkomanda: De Bröyne də yoldadır?
De Bröyne Messi və Suaresin komanda yoldaşı ola bilər.
TodayPress TV “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, ABŞ-nin “İnter Mayami” klubu “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bröyneni yenidən transfer etmək niyyətindədir.
Klub rəhbərliyi belçikalı futbolçunu Lionel Messi, Luis Suares və Rodriqo De Paulun çıxış etdiyi komandaya cəlb etmək istəyir.
Hələ 2025-ci ilin yayında insayder Nikolo Skira “İnter Mayami” və “San Dieqo”nun De Bröyneni heyətinə qatmaq istədiyini bildirmişdi. Həmin vaxt futbolçu hər iki klubla danışıqlar aparsa da, Avropada qalmağa üstünlük vermişdi.
De Bröynenin MLS-ə keçidi yenidən gündəmə gəlib. “İnter Mayami” ilə yanaşı, “Çikaqo Fayr” və “San Dieqo” klubları da futbolçunun vəziyyətini yaxından izləyir.
Qeyd edək ki, Kevin De Bröyne “Napoli”nin heyətində 21 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN