İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama

İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama
10.08.2026 12:18 İdman

“Liverpul”un kapitanı Vircil van Deyk İraolanın rəhbərliyi altında çalışmağı dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Liverpul”un müdafiəçisi “Monako” ilə keçirilən yoxlama matçından (2:3) sonra yeni baş məşqçi Andoni İraola ilə işləmək barədə fikirlərini bölüşüb.

“İş prosesi əla gedir. Onun klubdakı ilk həftəsində çox yaxşı söhbətimiz oldu. Əsas odur ki, o başa düşsün – mən bunu ona artıq demişəm – nə olursa-olsun, işləməyə hazıram. Ümid edirəm ki, yeni mövsümdə uğur qazanacağıq. Bunun üçün çalışırıq.

Arne Slota və onun məşqçilər heyətinə qarşı deyə biləcəyim heç bir mənfi fikir yoxdur. Bu, çox yaxşı dövr idi, sadəcə ötən mövsüm bizim üçün o qədər də uğurlu alınmadı. İndi isə yeni məşqçimiz, yeni hazırlıq metodlarımız var və bütün bunlara uyğunlaşmalıyıq. Arnenin rəhbərliyi altında çalışmağı sevirdim və əminəm ki, yeni məşqçi ilə də işləməkdən zövq alacağam”, – deyə van Deyk bildirib. 

Namiq HUN

TodayPress TV

NEWS FEED
10 AUGUST 2026
Hərbi əməliyyatların ANONSU verildi – 14 ölkə müharibəyə qoşula bilər 13:46 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 14:00 FIFA-da böhran böyüyür: üç konfederasiyadan araşdırma tələbi 13:43 Heç nə dəyişmədi, amma hər şey dəyişə bilər... - Paşinyan Ermənistanı hara aparır ? 13:34 Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək 13:41 Azərbaycanın Belçikadakı səfiri geri çağırıldı 13:36 İranın iki yüksəkvəzifəli şəxsi Pakistana gedir – SƏFƏRİN SƏBƏBİ 13:17 Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi 13:34 Azərbaycanın Polşadakı səfiri geri çağırılıb, yenisi təyin olundu 13:31 Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı 13:28 “Klippers”dən rekord transfer: NBA-nın ən qısa və ən uzunboylusu bir arada! 13:25 “Dinamo”nun məşqçisi “Qarabağ”ın gücünü etiraf etdi 13:11 Lisenziyasız kosmetoloqla bağlı Səhiyyə Nazirliyi hərəkətə keçdi 13:04 Millilərimizdən Türkiyədə böyük hədəf: Qələbə və reytinq xalları! 13:07 Azad edilmiş ərazilərdə 891 mina və sursat zərərsizləşdirildi – 1 581 hektar təmizləndi 12:57 Mariupol–Cankoy yolunda güclü partlayış: Yanacaq çənləri yandı – VİDEO 12:33 Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim” 12:48 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:46 Smart keçmiş klubunun fanatlarını hədəfə aldı: “Ən çirkinlərdir” 12:36 Məkkə Sazişi - Türk ordusu 100 il sonra Məkkədə 12:32 İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama 12:18 Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:57 Vembanyama NBA tarixinin böyük rekorduna göz dikdi! 11:54 Nijnekamskdə PUA hücumu: 12 nəfər öldü, 39 nəfər yaralandı – MATƏM ELAN EDİLDİ 08:26 Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi! 11:33 All News