FIFA ofsayd anlayışını yenidən yazır

FIFA ofsayd anlayışını yenidən yazır
20.10.2025 09:17 İdman

FIFA 2026-cı il dünya çempionatından əvvəl ofsayd qaydasına dəyişiklik edə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb.

Söhbət “Venger qanunu” kimi tanınan qaydadan gedir. Onun müəllifi FIFA-nın dünya futbolunun inkişafı üzrə direktoru vəzifəsində çalışan Arsen Vengerdir.

Onun təşəbbüsünə əsasən, ofsayd yalnız hücumçu ilə müdafiəçi arasında açıq məsafə olduqda qeydə alınacaq. Əgər oyunçular eyni xətt üzərindədirsə - hətta qismən, məsələn, hücumçunun dabanı müdafiəçinin ayağının üstü ilə eyni səviyyədədirsə - ofsayd sayılmayacaq.

Oktyabrın sonu və ya noyabrda 23 oyunçu və 11 hakimdən ibarət ekspertlər komitəsi yeni təklifləri nəzərdən keçirəcək. Ən maraqlısı odur ki, bu komitəyə təşəbbüsün müəllifi - Venger özü rəhbərlik edir. 

İdeya bu mərhələdən keçsə, o, yanvarın 20-də keçiriləcək illik iclasa, daha sonra isə fevralın sonu və ya martın əvvəlində təşkil olunacaq ümumi toplantıya çıxarılacaq. 

Qeyd edək ki, yeni qayda artıq 2026-cı ildə - dünya çempionatı ərəfəsində sınaqdan keçirilə bilər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Bütün Xəbərlər