Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi”

Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi”
13.08.2026 15:00 İdman

“Red Bull”un keçmiş məsləhətçisi Helmut Marko 2021-ci ildə qazanılan dünya çempionluğu titulunun Maks Ferstappenin karyerasında ən çətin olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “F1oversteer” portalı məlumat yayıb. 

Markonun sözlərinə görə, həmin mövsümdə “Mercedes”lə mübarizə son həddə çatan əsl müharibəyə çevrilmişdi.

“Düşünürəm ki, həmin mövsümün əvvəlində bolid və pilotun ən yaxşı kombinasiyası bizdə – “Red Bull”da idi. “Mercedes” üçün dönüş nöqtəsi isə Silverstoundakı insidentdən sonra baş verdi. Həmin vaxt Hemilton Maksın təkərinə toxundu və ciddi qəza yaşandı. Yadımdadır ki, Maks baryerə çırpılarkən 50G-lik yüklənməyə məruz qalmışdı.

Daha sonra “Mercedes” xüsusi mühərrik versiyası hazırladı. Bu, çox güclü mühərrik idi, lakin maksimum imkanlarında cəmi bir neçə yarış işləyə bilirdi. Nəticədə mühərrik dəyişikliklərinə görə cərimələr savaşı başladı.

Düşünürəm ki, Ferstappen üçün həqiqətən çətin olan yeganə titul 2021-ci ildəki çempionluq idi. Çünki bu, adi idman mübarizəsindən daha çox əsl müharibəyə bənzəyirdi. Heç də xoş təcrübə deyildi”, – deyə Marko bildirib.

Namiq HUN

NEWS FEED
13 AUGUST 2026
Çin və Belarus birgə hərbi təlimə başladı 17:52 Sanae Takaiçi xalqa müraciət etdi 17:44 Ferstappen üçün böyük seçim: “Red Bull”la qalacaq, yoxsa gedəcək? 17:31 Prezidentin bəyanatları xarici mətbuatın gündəmində 17:26 Elon Mask Grok 4.6-nı təqdim etdi 17:14 Husilər Yəməndə hökumət qüvvələrinə hücum etdi: Ölən və yaralananlar var 16:52 Sabahdan külək güclənir – Hansı ərazilər risk altındadır? 15:44 İspaniya futbolunda texnoloji inqilab: çipli toplar gəlir! 16:46 Fransada isti hava böhranı: Zərərin məbləği milyardları keçdi 15:14 İstanbul “El Klasiko”ya hazırlaşır – Superkubokun ünvanı bəlli oldu! 16:50 Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir 15:24 Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 Türkiyədə turist gəmisi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Ermənistanda hərbçinin müəmmalı ölümündən sonra vəzifəli şəxs istefa verdi 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Qeyri-sabit hava bu tarixə qədər davam edəcək - XƏBƏRDARLIQ 15:29 Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi 15:22 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO 15:18 Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 All News