Elon Mask Grok 4.6-nı təqdim etdi

Elon Mask Grok 4.6-nı təqdim etdi
13.08.2026 17:24 İKT

SpaceX şirkəti Grok 4.6 süni intellekt modelini təqdim edib.

TodayPress TV xəbər verir ki, şirkətin rəhbəri Elon Mask yeni modelin zəka, sürət və qiymət baxımından rəqiblərini üstələdiyini bildirib.

Musk Grok 4.6-nı “obyektiv olaraq 1 nömrəli” model adlandırıb.

Məlumata görə, Grok 4.6-nın qiyməti 1 milyon giriş və çıxış tokeni üçün müvafiq olaraq 2 və 6 dollar təşkil edir. Bu göstəricinin bəzi rəqib modellərlə müqayisədə daha aşağı olduğu bildirilir.

Müstəqil analitika şirkəti Artificial Analysis də Grok 4.6-nın yüksək nəticələr göstərdiyini açıqlayıb. Şirkətin qiymətləndirməsinə əsasən, model Süni İntellekt İndeksində 61 bal toplayaraq GPT-5.6 səviyyəsinə yaxınlaşıb və agent tapşırıqlarında güclü nəticələr nümayiş etdirib.

Tanınmış investor Qevin Beyker isə Grok 4.6-nın daha aşağı qiymətə rəqiblərinə yaxın performans göstərdiyini bildirib. Onun sözlərinə görə, növbəti versiya olan Grok 4.7 daha böyük model olacaq və əlavə məlumatlarla təlim keçəcək.

Qeyd edək ki, xAI-ın ilk Grok modeli 2023-cü ilin noyabrında ChatGPT-yə rəqib kimi təqdim edilmişdi. 2025-ci ilin iyulunda Grok 4 süni intellekt göstəricilərində yüksək nəticə göstərərək OpenAI, Google və Anthropic modellərini geridə qoymuşdu. 2026-cı ilin iyulunda isə Grok 4.5 təqdim edilmişdi.

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 AVQUST 2026
ABŞ köməyi kəsdi, Avropa isə artırdı - Kiyevə milyardlarla avroluq paket 18:49 AQTA-dan bitki yağı idxalçılarına XƏBƏRDARLIQ! 18:36 Üç ölkənin hərbi ittifaqı kimə qarşıdır? – Pakistan səfirindən bəyanat 18:31 Ermənistan məhsulları Rusiya bazarına qayıdır, lakin... 18:22 Tehran TƏKZİB ETDİ: Hörmüz boğazında nəzarət İranın əlindədir! 18:15 Lənkəranda açıq sahədə yanğın - VİDEO 18:05 Fransa İslam fondunu faydasız hesab etdi, maliyyə dəstəyini dayandırdı 18:01 Çin və Belarus birgə hərbi təlimə başladı 17:52 Sanae Takaiçi xalqa müraciət etdi 17:44 Ferstappen üçün böyük seçim: “Red Bull”la qalacaq, yoxsa gedəcək? 17:31 Prezidentin bəyanatları xarici mətbuatın gündəmində 17:26 Elon Mask Grok 4.6-nı təqdim etdi 17:14 Husilər Yəməndə hökumət qüvvələrinə hücum etdi: Ölən və yaralananlar var 16:52 Sabahdan külək güclənir – Hansı ərazilər risk altındadır? 15:44 İspaniya futbolunda texnoloji inqilab: çipli toplar gəlir! 16:46 Fransada isti hava böhranı: Zərərin məbləği milyardları keçdi 15:14 İstanbul “El Klasiko”ya hazırlaşır – Superkubokun ünvanı bəlli oldu! 16:50 Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir 15:24 Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 Türkiyədə turist gəmisi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Ermənistanda hərbçinin müəmmalı ölümündən sonra vəzifəli şəxs istefa verdi 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Bütün Xəbərlər