Diskvalifikasiyadan sonra Mudriki yeni klub gözləyir

Diskvalifikasiyadan sonra Mudriki yeni klub gözləyir
04.08.2026 09:48 İdman

Mixail Mudrikin mümkün yeni klubu məlum olub.

TodayPress TV “Footmercato” nəşrinə istinadən xəbər verir ki, “Çelsi” klubunun ukraynalı cinah oyunçusu karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

Bildirilir ki, antidopinq qaydalarını pozduğuna görə tətbiq olunan diskvalifikasiya aradan qaldırıldıqdan sonra London klubu 25 yaşlı futbolçunu 2026/2027-ci illər mövsümü üçün heyətdə saxlamağı planlaşdırmır.

Bundan əvvəl Mudriklə “Koventri” də daxil olmaqla bir neçə klub maraqlanıb. Lakin son məlumata əsasən, “Çelsi” futbolçunu icarə əsasında “Strasburq” klubuna göndərmək niyyətindədir.

Mənbənin iddiasına görə, Fransa təmsilçisi də ukraynalı vingeri heyətinə qatmaqda maraqlıdır. Transferin reallaşmasını isə “Çelsi” və “Strasburq” klublarının eyni sahibi olan “BlueCo” şirkətlər qrupuna məxsus olması asanlaşdıra bilər.

Qeyd edək ki, Mixail Mudrik iyulun sonunda diskvalifikasiyası ləğv edildikdən sonra avqustun 3-də “Çelsi”nin Honkonqda keçirilən mövsümöncəsi hazırlıq toplanışına qoşulub.

Namiq HUN

TodayPress TV

NEWS FEED
04 AUGUST 2026
Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır 12:08 Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı 12:01 Artıq sürücülərə ehtiyac olmayacaq - Qəza olsa... 12:00 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında təkbətək görüş başladı 11:57 Ceyhun Bayramov İqnazio Kassisi qarşıladı 11:37 Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! 11:31 Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi 11:21 Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq 11:07 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı 11:01 Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi 10:49 Qızıl 11 dollar bahalaşdı 10:42 Əfsanəvi tennisçidən oyunun formatını dəyişəcək ideya 10:28 Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşdü 10:26 Əfsanə iki ulduzun fərqli oyun üslubundan danışdı 10:19 Azərbaycanda polkovnik qəfil vəfat etdi - FOTO 10:01 Braun LeBronla bağlı həyəcanını gizlətmədi 10:03 Diskvalifikasiyadan sonra Mudriki yeni klub gözləyir 09:48 Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanıldı - VİDEO 09:40 Kriştianu Ronaldonun toyu dünya ulduzlarını bir araya gətirəcək 09:29 Moskvaya dəhşətli hücum - Ölü və yaralılar var - VİDEO 09:26 Əfsanədən yeni qərar: Bundesliqadan ayrılmadı! 09:16 Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi 09:13 “Arsenal”ın ulduzu gözünü bütün kuboklara dikdi! 09:00 ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana ilk rəsmi səfərinə başladı 08:41 “Barselona” azarkeşlərini düşündürən Ferran Torres açıqlaması 08:48 All News