Azərbaycan millisində yüksəliş – AFFA prezidenti açıqladı

Azərbaycan millisində yüksəliş – AFFA prezidenti açıqladı
03.04.2026 12:01 İdman

“Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur”.

TodayPress TV Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Rövşən Nəcəf AFFA-nın Hesabat Konfransında çıxışı zamanı deyib.

O, ölkə rəhbərliyinin hər zaman futbola və idmana böyük dəstək verdiyini bildirərək futbol üzrə Azərbaycan millisinin uğurlu nəticələr qazandığını vurğulayıb.

Rövşən Nəcəf qeyd edib ki, Ayxan Abbasovun gəlişindən sonra komandada həm intizam, həm də oyun planında inkişaf müşahidə olunur. O, bu dövrdə yığmanın baş məşqçisi olmağa razılıq verdiyi üçün mütəxəssisə təşəkkür edib.

AFFA prezidenti bildirib ki, milli komanda “FIFA Series” turnirinin qalibi olub və bu inkişaf qadınlardan ibarət yığmada da hiss olunur.

O, həmçinin Qarabağ FK-nın Azərbaycan futbolunun beynəlxalq nüfuzuna mühüm töhfə verdiyini qeyd edib.

Rövşən Nəcəf Azərbaycan və Özbəkistanın 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatına ev sahibliyi edəcəyini xatırladaraq hər iki ölkədə futbola verilən önəmi vurğulayıb.

Namiq HUN

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 All News