10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı

10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı
25.07.2026 13:34 İdman

Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib.

TodayPress TV xəbər verir ki,  Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.

İki gün davam edəcək turnirdə Azərbaycan, Almaniya, Macarıstan, İsrail, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə və Ukraynanı təmsil edən idmançılar U-14 və U-16 yaş kateqoriyalarında tatamiyə çıxırlar. Yarış iştirakçılarının 245-i oğlan, 44-ü isə qız cüdoçudur.

Turnirlə paralel olaraq, 24-26 iyul tarixlərində iştirakçılar üçün texniki seminarlar da keçirilir. Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə təşkil olunan seminarlarda iştirakçılar müasir texniki yanaşmalar, fəndlərin incəlikləri və məşq metodikaları ilə bağlı biliklərini artırmaq imkanı əldə edirlər.

Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turniri Avropa Cüdo Birliyinin yeniyetmə cüdoçuların inkişafına yönəlmiş ən mühüm layihələrindən biridir. Yarış beynəlxalq təcrübənin artırılması, müxtəlif cüdo məktəbləri arasında əlaqələrin möhkəmləndirilməsi və gələcəyin perspektivli idmançılarının yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


FOTOLAR

10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı — 1
10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı — 2
10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı — 3
10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı — 4
10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı — 5
10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı — 6
XƏBƏR LENTİ
25 IYUL 2026
Abşeronda "moyka"da yanğın: "BMW" külə döndü - VİDEO 14:54 Ukrayna Xəzərdə xüsusi əməliyyat keçirdiyini açıqladı 14:42 Avtomobil yoldan çıxıb yeraltı keçidə düşdü - FOTOLAR 14:23 Təhsil naziri istefa verdi - Qəzəbli gənclər onu istefaya göndərməyi bacardı 13:57 Prezident Milix Yevdayevi 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi 14:13 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı bacısı tutuldu - FOTO 13:41 SON DƏQİQƏ: Zaporojyedə tətil düşərgəsi vuruldu - Ölənlər və yaralananlar var 13:33 10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı 13:23 Fransada son 50 ilin ən böyük yanğını: Ordu səfərbər olundu 13:11 Sabah dənizə getmək istəyənlərin nəzərinə 12:57 Yay özünü göstərməyə başladı - Sabah bir isti olacaq ki... 12:50 NATO ölkəsinin hava məkanı bir daha pozuldu - vəziyyət gərginləşir 12:38 Rusiyadan Azərbaycana pul köçürmək olmayacaq - SƏBƏB 12:27 Rusiya pendirdən də yan keçmədi – Ermənistana növbəti zərbə 12:19 ABŞ ərəb ölkəsinə nüvə silahı verir? – "İbrahim razılaşmaları" şərti tarixə qovuşa bilər 11:57 "Parti kur, oy verelim..." – Özəlin "Yeni Partiya"sına ilk dəstək bu ölkədən gəldi 11:40 Qatar 53 yaşlı kişini vurdu, tanınmaz hala saldı 11:15 Bakı İstintaq Təcridxanasının keçmiş rəisi öldü - FOTO 11:24 Ukrayna dronları Rusiyanın "Wildberries" anbarını vurdu 11:06 BDYPİ sürücülərə müraciət etdi 10:54 Avropadakı vətən xaini “söyüş blogerləri”ni kim maliyyələşdirir? 10:34 Azərbaycan neftinin son qiyməti açıqlandı 10:24 28 gün sonra dağıntılar altından sağ çıxdılar - VİDEO 10:14 Tramp gələcək ABŞ prezidentinin kim olacağı ilə bağlı mesaj verdi 10:05 İspaniya çempion olduğuna görə ABŞ-yə milyonlarla dollar vergi ödəyəcək 09:55 Bütün Xəbərlər