Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəldi

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəldi
16.08.2026 23:50 İdman

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatına start verilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 63, 77, 87 və 130 kq-da finalçılar müəyyənləşib.

Tural Əhmədov (63 kq) yunanıstanlı Marios Kapantaisu 6:1 hesablı qələbə ilə mübarizədən kənarlaşdırsa da, 1/4 finalda özbəkistanlı Kuvonçbek İsmayılova minimal fərqlə (2:3) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Tural sabah təsəlliverici görüşə çıxacaq.

Cavidan Nehmətov (77 kq) mundiala inamlı start verib. Həmyerlimiz yunanıstanlı Adamantios Papadatosla (8:0) qırğızıstanlı Elxan Çoenbekova (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəldi. Qazaxıstanlı Yerkebulan Anapiyanı 7:5 hesabı ilə üstələyən Nehmətov adını yarımfinala yazdırıb. Cavidan yarımfinalda iranlı Amir Mehdi Navaya heç bir şans tanımayıb - 7:1. Millinin üzvü sabah finalda ermənistanlı Samvel Terteryanla güləşəcək.

Qeyd edək ki, Orxan Hacıyev (87 kq) təsnifat mərhələsində hindistanlı Axil Axilə "tuş"la, Mikayıl İsmayılov (130 kq) isə debütdə finlandiyalı Tomas Rusiyə ilk xal prinsipinə əsasən (1:1) uduzub.

TodayPress TV

NEWS FEED
17 AUGUST 2026
Berlində texnoparadda 50 nəfər xəstəxanalıq oldu! 23:13 İran ABŞ bazalarının sirrini "Strava"dan öyrənib? 22:41 Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəldi 23:24 DSX: Abbasəli Novruzovun uzun və şərəfli xidmət yolu ehtiramla xatırlanacaq 23:20 "Zirə" Premyer Liqaya qələbə ilə başladı! - VİDEO 23:14 İran raketlerlə hücuma keçdi - İDDİA 23:06 Türkiyə NATO ilə Rumıniyada ilkə imza atdı 22:12 Kiyevdə Fedorova dəstək yürüşü keçirilir - VİDEO 22:19 Yəmən ordusundan Husilərə GÜCLÜ ZƏRBƏ: 181 hərbi əməliyyat! 21:54 "Neftçi" mövsümə parlaq qələbə ilə başladı! 21:17 Misir Prezidenti Trampın elçisi ilə Qəzzadakı vəziyyəti müzakirə etdi 21:11 Ronaldu futbola vida etməyə hazırlaşır: "Son ilim ola bilər" 20:55 Bədii gimnastika üzrə Dünya çempionatının növbəti ünvanı Bakı olacaq! 20:19 Cared Kuşner İsrailə gedəcək? - RƏSMİ 20:03 Fransada yanğınlar gücləndi, 2 min hərbçi səfərbər edildi 19:47 "Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı 19:24 Tehranla Vaşinqton arasında gizli əlaqə üzə çıxdı - DETALLAR 19:00 Almaniyada miqrantların deportasiyası gözlənilənin əksinə AZALDI 18:39 "Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurdu 18:14 İran ABŞ-ni Fars körfəzindən birdəfəlik çıxarır? - Rəsmi AÇIQLADI 17:59 ABŞ-İran arasında gizli mesajlaşma davam edir, lakin... 17:09 Şirvan kanalında kişi meyiti TAPILDI 17:20 "Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı! 17:16 Ekvador sahillərində "kabus gəmi": Balıqçılar silahlı şəxslərin əlinə keçdi! 16:44 Türkiyədə DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var 16:36 All News