İran ABŞ bazalarının sirrini "Strava"dan öyrənib?
İran Silahlı Qüvvələri ABŞ hərbçilərinin Yaxın Şərqdəki bazalarda fəaliyyəti ilə bağlı məlumatları toplamaq üçün məşqlərin qeydiyyatı məqsədilə istifadə olunan "Strava" tətbiqinin açıq məlumatlarından yararlanmış ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Bildirilib ki, amerikalı hərbçilər fiziki fəaliyyətləri barədə məlumatları öz həqiqi adları ilə yayımlayıblar və nəticədə ABŞ-nin rəqibləri aviabazalardakı əsgərlərin gündəlik rejimi, yerləşmə sxemləri və hərəkətləri barədə məlumat toplaya biliblər.
Telekanal müəyyən edib ki, münaqişənin yenidən başlamasından az əvvəl İordaniyadakı Müvəffəq Əs-Salti aviabazasında amerikalı hərbçilər qaçışlarını kazarmaların yerləşdiyi güman edilən eyni yerdə başa vurublar, iyulun 18-də isə İran məhz həmin kazarmalara zərbə endirib.
Aysel Mətləb