"Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı
Azərbaycan Premyer Liqasının II turunun oyun cədvəli məlum olub.
TodayPress TV xəbər verir ki, ölkəmizi müvafiq olaraq UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ” klublarının rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq, “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edib.
Azərbaycan Premyer Liqası
I dövrə, I tur
22 avqust
18:30. "Qəbələ" – "Şəfa"
Qəbələ şəhər stadionu
20:45. "Zirə" – "İmişli"
Zirə İdman Kompleksinin stadionu
23 avqust
18:30. "Turan Tovuz" – "Şamaxı"
Tovuz şəhər stadionu
20:45. "Neftçi" – "Araz-Naxçıvan"
"Palms Sports Arena"