Yəmən ordusundan Husilərə GÜCLÜ ZƏRBƏ: 181 hərbi əməliyyat!
Yəmən ordusu ötən gün ərzində husilərin obyektlərinə qarşı 180-dən çox hərbi əməliyyat keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Yəmən ordusunun sözçüsü polkovnik Macid Əl-Nuzeyli bildirib.
"Son 24 saat ərzində silahlı qüvvələr pilotsuz uçuş aparatlarından, artilleriyadan və çoxsaylı buraxılış raket sistemlərindən istifadə etməklə 181 hərbi əməliyyat keçirib və döyüş əməliyyatlarının müxtəlif zonalarında hərbi hədəflərə, təhlükə mənbələrinə zərbələr endirib", - deyə o, Yəmən Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirib.
Sözçünün sözlərinə görə, "Ənsar Allah" hərəkatının onlarla üsyançısı öldürülüb, onların çoxsaylı silah sistemləri və anbarları məhv edilib. Əməliyyatlar döyüş təmas xətti boyunca geniş ərazini, o cümlədən Tiaz şəhərinin ətrafını, Hudeyda, Əbyan, Marib və Dali vilayətlərini əhatə edib.
Aysel Mətləb