Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi

Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi
10.07.2026 10:15 Hərbi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri cənab Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov iki qardaş ölkə arasında münasibətlərin bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib .

"Baykar" şirkətinin Türkiyənin müdafiə sənayesindəki böyük rolu olduğunu diqqətə çatdıran nazir, qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalat potensialının daha da artırılmasının əhəmiyyətini vurğulayıb.

Cənab S.Bayraktar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.

Türkiyə Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün də iştirak etdiyi görüşdə tərəflər pilotsuz uçuş aparatları, radioelektron mübarizə, insansız sistem vasitələri və digər sahələrə dair ətraflı fikir mübadiləsi aparıblar.

TodayPress TV

PHOTOS

Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi — 1
NEWS FEED
22 JULY 2026
“Bütün dünya üçün fəlakət olar!" – ABŞ-dən gözlənilməz ETİRAF 15:33 Trampın yalanı ifşa olundu: “Düşdüyün bataqlıqdan çıxmaq üçün başqa yol axtar!" 15:26 Makron nazirin istefasını qəbul etmədi 15:25 Rubio: ABŞ nüvə silahının yayılması riskinə yol verməyəcək 15:16 "Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək 15:13 Azərbaycan bu ölkə ilə vizanı qarşılıqlı aradan qaldırdı 15:07 Prezident 3 fərman imzaladı 14:58 Prezident Rauf Arifoğlunu təltif etdi 14:50 Hitlerin evi polis bölməsinə çevrildi - FOTO 14:09 Bakıda gizli Almaniya-Rusiya görüşü ilə bağlı ilginc suallar ortaya çıxdı 13:40 VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi 13:35 Lavrov və Rubionun gözlənilən görüşünün tarixi bəlli oldu 13:24 İsrail gün sayır: İlk dəvətdə İrana soxulacaq 13:12 Arzum hansı şərtlərlə azadlığa buraxıldı? 13:01 Sabah neçə dərəcə isti olacaq? 12:58 Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI 12:54 Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı 12:35 Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi 12:24 Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir 12:18 İran çox mühüm xəbər açıqladı: ABŞ qırıcılarını vurduq 12:12 Ankarada təlim helikopteri qəzaya uğradı - Yaralılar var 11:49 Azərbaycan neftinin qiyməti yeni rekorda yaxınlaşır? - AÇIQLANDI 11:42 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi 11:26 All News