Əsgərlər robotlara TƏSLİM OLUR: Müharibələrin taleyi belə dəyişəcək

Əsgərlər robotlara TƏSLİM OLUR: Müharibələrin taleyi belə dəyişəcək
28.01.2026 18:03 Hərbi

Tarixdə ilk dəfə əsgərlər robota təslim olub. Hadisə Ukrayna müharibəsində yaşanıb.

Yayılan görüntülərdə Rusiyanın 3 əsgərinin Ukraynanın yerüstü robot kompleksinə təslim olduğu əksini tapıb. 


Bu, hərb sahəsində texnologiyanın rolunun getdikcə artdığı göstərir. 

Maraqlıdır, bu tendensiya gələcək müharibələrin taktikasını və hərb doktrinasını necə dəyişdirəcək?   

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, son illərin müharibələri  XX əsrin müharibələrindən köklü şəkildə fərqlənir.


Onun sözlərinə görə,  bu müharibələrdə yeni üsullar, yeni taktika və yeni strategiyalar tətbiq olunur: 

"Elə 44 günlük Vətən müharibəsində də Azərbaycanın bu sahədə hansı yeniliklərin tətbiq etdiyinə şahidlik etdik".   

O, qeyd edib ki, indi Rusiya–Ukrayna müharibəsində də yeniliklər var: 


"Təkcə pilotsuz uçuş aparatları deyil, həm minatəmizləmə işlərində, həm də döyüş əməliyyatlarında robotlar da istifadə olunur. Rusiya əsgərlərinin Ukraynanın yerüstü robot kompleksinə təslim olması, həm qeyri-adi bir hadisə kimi görünür, həm də onu göstərir ki, Rusiya əsgərləri artıq Ukrayna dronlarından yayınmağın mümkün olmadığını bilirlər".

Ekspert vurğulayıb ki, Ukrayna 2026-cı il üçün milyonlarla dron istehsal etməyi planlaşdırır:

"Yəni bu dronlar təkcə texnikaya qarşı deyil, hər əsgərə az qala iki dron düşəcək. Ona görə də Rusiya əsgərləri döyüşməkdənsə, təslim olmağı daha üstün tuturlar. Həm də döyüş meydanında onlar taleyin ümidinə buraxılıblar. Bu baxımdan Rusiya əsgərlərinin robot kompleksinə təslim olmasında qeyri-adi bir şey görmürəm".

Analitik əlavə edib ki, yeni texnologiyaların rolu artır:

"Yeni texnologiyalar tətbiq olunduqca tanklara və piyadaların döyüş maşınlarına əvvəlki kimi böyük ehtiyac qalmır. Çünki bir çox məsələləri kəşfiyyat, zərbə və ya uzaq məsafədən idarə olunan texnologiyalar həll edir. Ona görə də gələcək müharibələrin taktikası yenilənəcək. Hər bir ölkə öz hərbi doktrinasına dəyişikliklər edəcək və müəyyənləşdirməlidir ki, nəyə üstünlük verilməlidir".

Ü.Cəfərov, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan hərbi sənayeni inkişaf etdirir:


"Şəxsən son vaxtlar Azərbaycanda hərbi sənaye kompleksinin daha çox inkişaf etdirilməsi, birgə hərbi məhsulların istehsalı diqqət çəkir. Bu xüsusilə Orta Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan ilə bağlıdır. Artıq Azərbaycanda silah-sursat istehsalı ilə məşğul olan 35 özəl şirkət fəaliyyət göstərir. Əvvəllər bu mövzuda yalnız danışmaq mümkün idi, amma bu gün həmin şirkətlər real fəaliyyət göstərirlər".

Ekspert sonda əlavə edib ki,  ölkələr müdafiəsini gücləndirir: 

"Ona görə də gələcək müharibələrin taktikası, texnologiyalar dəyişir, müharibələrin aparılma üsulları dəyişir. Hərbi doktrina, sözsüz ki, yenilənəcək. Bu istiqamətdə bütün ölkələr üzərinə düşəni edir. Xüsusilə uzun illər NATO-ya güvənən Avropa ölkələri artıq öz müdafiə və təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə səfərbər olublar. Onlar həm müdafiə və təhlükəsizlik xərclərini artırmağa, həm də ordularının döyüş qabiliyyətini yüksəltməyə çalışırlar. Bu, zamanın tələbidir". 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 All News