Anadolu bəbirinin izi ilə: JÖH regionun ən sərt elit qüvvələrindən biri

Anadolu bəbirinin izi ilə: JÖH regionun ən sərt elit qüvvələrindən biri
17.02.2026 19:22 Hərbi

Türkiyənin daxili təhlükəsizlik sisteminin ən güclü elementlərindən biri hesab olunan Jandarma Özel Harekat (JÖH) uzun illərdir terrorla mübarizə, sərhəd təhlükəsizliyi və xüsusi əməliyyatlarda ön sıralarda yer alır. “Parslar”, “Kartallar”, “Doğanlar” kimi epik adlar daşıyan taborları ilə tanınan bu elit birlik Türkiyə Jandarma Genel Komutanlığının xüsusi təyinatlı strukturudur.


1990-cı illərin əvvəllərində yaradılan JÖH bu gün minlərlə yüksək ixtisaslı hərbçi, müasir texnologiya və güclü əməliyyat təcrübəsi ilə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərir.

JÖH 1991-ci ildə Türkiyə–PKK münaqişəsinin ən gərgin dövründə Jandarma Komando “A” qrupları kimi formalaşdırılıb. 1993–1999-cu illərdə “Jandarma Xüsusi Əməliyyat Qrupları” adını daşıyan birlik sonradan indiki Jandarma Xüsusi Əməliyyat (JÖH) strukturuna çevrilib. Birliyin əsas vəzifələri terror qruplarına qarşı axtarış-məhvetmə əməliyyatları, sızma, kəşfiyyat və xüsusi taktiki fəaliyyətlərdir.


JÖH Suriyada və Türkiyə daxilində həyata keçirilən “Zeytin Dalı”, “Hendek” və “Eren Abluka” əməliyyatlarında fəal iştirak edib. Bu gün də sərhəd təhlükəsizliyi, şəhər daxilində xüsusi əməliyyatlar və antiterror missiyalarını icra edir.

Birlik Türkiyə Daxili İşlər Nazirliyinə tabe olan Jandarma Genel Komutanlığının tərkibində fəaliyyət göstərir və qərargahı Ankara şəhərində yerləşir. JÖH qrupları tabor səviyyəsində təşkil olunub və hər tabor xüsusi ad daşıyır. “Parslar” (Hakkari), “Kartallar” (Bingöl), “Doğanlar” (Giresun), “Arslanlar” (Hatay) və digər bölgələrdə yerləşən “Efeler”, “Fatihlər”, “Yiğitlər”, “Çeliklər” kimi ümumilikdə 30-dan çox taborun fəaliyyət göstərdiyi bildirilir.

Bu taborlar regional komandanlıqlara tabe olsalar da, Ankara mərkəzi qərargahından birbaşa tapşırıqlar alırlar. Müharibə, fövqəladə vəziyyət və ya səfərbərlik zamanı isə Türk Silahlı Qüvvələrinə tabe edilirlər. JÖH digər Jandarma Komando birlikləri və Jandarma Xüsusi Əməliyyat Komandanlığı (JÖAK) ilə sıx əməkdaşlıq edir.


Rəsmi statistika açıqlanmasa da, müxtəlif mənbələrə görə JÖH-də 5–20 min arası yüksək ixtisaslı hərbçi xidmət edir. 2016-cı ildə JÖH və Polis Özel Harekat (PÖH) qüvvələrinin ümumi sayının 40 minə çatdırılması planlaşdırılmışdı. Hər tabor yüzlərlə hərbçidən ibarətdir və şəxsi heyət zabitlər, gizirlər və peşəkar mütəxəssislərdən formalaşır. Namizədlər əsas komando hazırlığını tamamladıqdan sonra ixtisas kurslarına qəbul edilirlər.


JÖH yüngül və mobil əməliyyatlara uyğunlaşdırılıb. Əsas silah arsenalına HK416 avtomatları, MP5 tapança-pulemyotları, snayper tüfəngləri, qumbaraatanlar, minaatanlar və müxtəlif partlayıcı vasitələr daxildir. Birlik gecəgörmə cihazları, termal kameralar, taktiki rabitə sistemləri və ballistik qalxanlar kimi müasir avadanlıqlardan geniş istifadə edir.

Zirehli texnika parkında BMC Kirpi, Otokar Cobra, Ejder Yalçın və Vuran kimi zirehli maşınlar xüsusi yer tutur.


JÖH müstəqil hava qüvvəsinə malik olmasa da, Jandarma Aviasiya Komandanlığı ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir. Bu komandanlığın inventarında S-70 Black Hawk / T-70, Mil Mi-17, T-129 ATAK və T-625 Gökbey helikopterləri mövcuddur. Bundan əlavə, ANKA-B tipli pilotsuz uçuş aparatları və J-SİHA sistemlərindən istifadə edilir. 2024-cü ildə keçirilən “Gürz-5” əməliyyatında yüzlərlə JÖH qrupu, minlərlə hərbçi, J-SİHA sistemləri və ATAK helikopterləri iştirak edib.

JÖH-ün təlim proqramı son dərəcə ağır hesab olunur. Əsas komando kursu 16 həftə, ixtisas kursu isə təxminən 6 ay davam edir. Təlimlər Ankara, Foça (İzmir) və Kayseri bölgələrində keçirilir. Namizədlər uzun məsafəli yürüşlər, açıq hava şəraitində sağ qalma məşqləri, helikopterdən enmə, dalğıc əməliyyatları, şəhər döyüşü və psixoloji sınaqlardan keçirlər.


Birliyin rəsmi devizi “Alnımızda parıldayan şərəf və şöhrət”, simvolu isə Anadolu bəbiridir. Hər taborun özünəməxsus emblemi və tarixi mövcuddur.


JÖH yalnız hərbi birlik deyil, Türkiyənin təhlükəsizlik sisteminin mühüm dayaqlarından biri hesab olunur. Yüksək motivasiya, yerli texnologiyalar və peşəkarlıq bu elit qüvvəni regionun ən effektiv xüsusi təyinatlı birləşmələrindən birinə çevirir.

Nicat Osmanlı

NEWS FEED
16 JUNE 2026
7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 All News