ABŞ Azərbaycana qayıqlar göndərəcək: Təhlükəsizlik gücləndirilir!

ABŞ Azərbaycana qayıqlar göndərəcək: Təhlükəsizlik gücləndirilir!
11.02.2026 16:22 Hərbi

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanat zamanı bir sıra önəmli məsələlərə toxunub.

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında iki ölkə arasında münasibətlərdə yeni mərhələ başlayır.


Vens, həmçinin qeyd edib ki, ərazi sularının mühafizəsinə dəstək məqsədilə Azərbaycana yeni qayıqlar göndəriləcək.

Bəs bu qayıqlar Azərbaycanın dəniz təhlükəsizliyi imkanlarını konkret olaraq hansı istiqamətlərdə gücləndirəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda Azərbaycanın həm quru, həm də dəniz sərhədləri yaxınlığında müharibələr gedir, münaqişələr davam edir:


“Belə bir vəziyyətdə Azərbaycan həm quru, həm də dəniz sərhədlərinin gücləndirilməsində maraqlıdır. Buna ABŞ tərəfindən də dəstək verilməsi çox vacibdir. Daha əvvəl də ABŞ Azərbaycana dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün müəyyən dəniz vasitələri təqdim edib. Hətta biz 2018-ci ildə Bakı səmasında ABŞ istehsalı olan çoxməqsədli helikopterləri də görmüşük.

Bu münasibətlər və müxtəlif sülhməramlı funksiyalar Əfqanıstanda da kifayət qədər uğurla davam edib. Sadəcə sabiq Prezident Cozef Bayden administrasiyası Azərbaycan-ABŞ münasibətlərini korlamaq üçün əlindən gələni etdi və Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına kifayət qədər mane oldu. Artıq həmin dövr geridə qalıb”.

Ekspert əlavə edib ki, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, dəniz sərhədlərinin qorunması, hərbi-texniki sahədə əməkdaşlıq, hətta minatəmizləmə sahəsində əməkdaşlıq inkişaf etdiriləcək. Onun sözlərinə görə, böyük ehtimalla, ABŞ Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün maddi-texniki dəstəyini növbəti aylarda nümayiş etdirəcək.

“Hər bir halda Xəzərdə qaçaqmalçılığın və terrorçuluğun qarşısının alınması üçün ABŞ ilə əməkdaşlıq çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan ərazisinə İrandan və digər ərazilərdən gətirilən narkotik vasitələrin böyük hissəsi Avropa və digər kontinentlərə daşınır. Bu, faktdır. Qarşısının alınması üçün ABŞ-nin dəstək verməsi bəşəriyyətin gələcəyinə xidmət edən addımdır. Xəzərdə narkotik qaçaqmalçılığının qarşısının alınması üçün katerlərin və digər texniki vasitələrin Azərbaycana təqdim olunması bu istiqamətdə daha böyük uğurlar əldə etməyə imkan verəcək”, – deyə Ə.Verdiyev bildirib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
17 JUNE 2026
Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 All News