Martin Ryanın işi üzrə şahidlər dindirildi

Martin Ryanın işi üzrə şahidlər dindirildi
13.01.2026 18:06 Hadisə

Fransaya casusluq edən Martin Ryan və Azad Məmmədlinin barəsində başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İş üzrə şahid qismində tanınan İ.A. bildirib ki, 1997-ci ildən “Bon Accord” şirkətində anbardar işləyib: “1998-ci ildən isə “Bon Accord” şirkətində mütəxəssis işləmişəm. İndi həmin şirkətin rəhbəri vəzifəsində işləyirəm. Bu şirkət 1999-cu ildən əsasən neft sənayesi üzrə, boru təchizatı ilə məşğul olub. Boruları Almaniya, Rumıniya və digər ölkələrdən almışıq”.

O, Martin Ryanın nömrəsini ona həyat yoldaşının verdiyini bildirib: “Həyat yoldaşıma da Martini məktəbdən bir valideyn məsləhət görmüşdü. Martin həm də fransız dilini bilirdi. Məktəbdə də fransız dili tədris olunurdu. Dedim ki, uşağın fransız dili təkmilləşsin. Övladımı onun yanına şahmat dərslərinə qoyduq. Martinlə aramda qısa dialoqlar olub. 2021-ci ilin payızında Martin mənə dedi ki, həm də çaxır biznesi ilə məşğuldur. Şərik axtardığını bildirdi. Mən əvvəl razı idim. Sonra məsləhətləşdim, Martinə razı olmadığımı bildirdim. Daha sonra Martin xaricdən çaxır gətirmişdi. Mən də ondan iki qutu çaxır aldım. Sonra bizim növbəti görüşümüz baş tutdu. Görüşdə Martinin yanında Z.M. adlı bir şəxs də var idi. O, görüşdə Martinlə fransızca danışırdı.

Daha sonra mən belə bahalı içkiləri kimin alacağını soruşdum. Onlar isə mənə dedilər ki, xarici ölkə səfirlikləri tez-tez tədbir keçirir. Məhsulu onlar alacaq. Bu görüşdən sonra Martin mənimlə getdi. Yolda məndən Böyük Britaniya səfirliyi ilə əlaqəmin olub-olmadığını soruşdu. Mən isə heç bir əlaqəmin olmadığını bildirdim”.

Daha sonra şahid Martinlə dialoqu çərçivəsində aralarında olan söhbətlərə toxunaraq Martinin onun rəhbəri olduğu şirkət barədə maraqlandığını bildirib. O isə şirkətin əsas qərargahının Fransada yerləşdiyini Martinə deyib: "Bon-Accord” şirkətinin Azərbaycandakı filialının baş ofisinin 2019-cu ilədək Marsel şəhərində olduğu barədə və əvvəllər bu səbəbdən Fransaya tez-tez getdiyimi Martinə demişdim.

Bundan sonra Martin ofisin Marsel şəhərinin hansı hissəsində yerləşdiyini, işlədiyim şirkətin hansı ölkənin filialı olduğunu, şirkətin sırf hansı fəaliyyətlə məşğul olduğunu məndən soruşdu. Mən isə cavabımda ofisin Marselin yaxınlığında Vitrol şəhərində yerləşdiyi, Böyük Britaniya şirkətinin filialı olduğu, boru və fittinqlərin idxalı və satışı ilə məşğul olduğu barədə ona dedim. 2005-2019-cu ilə kimi mərkəzi ofis Fransanın Marsel şəhərində olsa da, əslində bu şirkət beynəlxalq qrupun tərkibində idi".

Şahid, həmçinin, qeyd edib ki, 2023-cü ilin may ayında Martin Ryan ona zəng vurub görüş təklif edib: "Generatorların alqı-satqısı ilə bağlı görüşdük. Martin tək deyildi. Yanında bir rus milliyətinə bənzər qadın və iri cüssəli, ucaboy kişi var idi. Generatorların ölkəyə gətirilib satılması ilə bağlı təklif verildi. Mən analiz etdim ki, Azərbaycanda bu işlə kifayət qədər məşğul olan var. Onun üçün də mən buna razı olmadım. Bizim onunla Fransa şirkətləri ilə bağlı söhbətimiz oldu”.

Daha sonra prosesdə iş üzrə şahid qismində tanınan İ.İ. ifadə verib. Şahid bildirib ki, Bakı şəhəri 80 saylı Mənzil Kommunal İstismar sahəsində işləyir: “2023-cü ilin dekabrın 4-də iş yoldaşım ilə birgə Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən mənzillərin birinə məhkəmə qərarı əsasında DTX əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı öz razılığımız əsasında hal şahidi kimi iştirak etmişik. Orada olarkən bildik ki, bu mənzildə Azad Məmmədli yaşayır. Bundan sonra bizdən Azad Məmmədlini tanıyıb-tanımadığımızı soruşdular. Biz də tanımadığımızı bildirdik. Bundan sonra bizim və ev sahibinin iştirakı ilə evə baxış keçirildi. Baxış zamanı evdə fləşkartlar, mobil telefonlar, noutbuk kompüterləri, çoxlu sayda vizit kartlar və digər əşyalar aşkar edildi”.

Məhkəmənin növbəti prosesi fevralın 2-də keçiriləcək.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 All News