Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi
03.07.2026 13:52 Hadisə

Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları tapılmış şəhid Əliyev Möysüm Murad oğlunun Füzuli rayonunun İkinci Mahmudlu kənd qəbiristanlığında dəfn mərasimi olub.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, Birinci Mahmudlu kənd qəbiristanlığına gətirilən şəhid tabutunun önündə cənazə namazı qılınıb, ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşi dəfn edilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn prosesi hərbi orkestrin müşayiəti və yaylım atəşi altında həyata keçirilib.

Qeyd edək ki, Möysüm Murad oğlu Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda döyüşlərə qatılıb. O, 1994 - cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

44 günlük Vətən müharibəsindən sonra rayon ərazisində adsız məzarların birindən tapılan qalıqların aparılan analizlər nəticəsində Möysüm Əliyevə aid olduğu müəyyən edilib. Onun şəxsiyyəti müəyyən edildikdən sonra ailəsinə təhvil verilib.

TodayPress TV

PHOTOS

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi — 1
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi — 2
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi — 3
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi — 4
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi — 5
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi — 6
NEWS FEED
03 JULY 2026
Rayonlarda leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 17:29 Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir... 17:18 Zelenskinin portreti: Ukrayna nə qədər tab gətirə biləcək? 16:59 Yastıq altında yatan milyardlar: Azərbaycan əhalisinin evdə nə qədər nağd pulu var? 16:50 Ter Ştegen “Barselona”dan ayrılır: “Ayaks”la razılıq əldə olundu 16:41 Xameneinin övladları niyə dəfn mərasimində görünmədi? 16:20 Zəngəzurdan keçən dəmiryolu Azərbaycanın mülkiyyətində – Proses necə reallaşa bilər? 16:24 Ermənistanın bu kəndləri xəritədən silinir - Əhali sürətlə əraziləri boşaldır 16:19 Masallıda ağır yol qəzası: İki nəfər öldü - VİDEO 16:09 DÇ-2026: 1/16 final mərhələsinin son oyunları keçiriləcək 16:05 Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər AÇIQLANDI 15:38 Azərbaycan nümayəndə heyəti vida mərasimində - VİDEO 15:26 Kədərin gülən üzü — Kamal Sunalın unudulmaz yaşam hekayəsi 15:09 Allah keşişləri qorumadı - 8 dindar öldü 14:54 Rusiyaya ağır itki - Ukrayna "bir daşla 7 quş vurdu" 14:54 Azərbaycan nümayəndə heyəti Tehrandadır - GÖRÜNTÜLƏR 14:39 Hərbi qulluqçu infarkt nəticəsində vəfat etdi 14:33 Bakının memarlıq möcüzələri hansılardır? - SİYAHI 14:32 İran nə təslim olub, nə də rejim devrilib – hansı qələbədən söhbət gedir? 14:29 Putin Polşanı "təcrübə siçanı" edəcək - Rusiya NATO-ya qarşı ilk qarmağı atmağı planlaşdırır 14:25 Sabah Azərbaycanda neçə dərəcə isti gözlənilir? 14:22 Ermənistan parlamentinin yeni spikeri ortalığı qatdı - "TÜRK" imiş 14:06 Prezidentin general-leytenant rütbəsi verdiyi nazir kimdir? – DOSYE 13:58 Tarixin ən böyük olaylarından biri: Xameneinin dəfnində 20 milyon insan iştirak edəcək 13:55 Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi 13:52 All News