Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır?
ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın əsas prinsipləri üzrə anlaşma əldə olunduğunu və bu səbəbdən İrana qarşı planlaşdırılan hücumların dayandırıldığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşdığı açıqlamada bildirib.
Lider qeyd edib ki, İran və bu ölkə ilə danışıqlar aparan digər Yaxın Şərq dövlətləri "razılaşmanın əsas prinsipləri üzrə" ortaq mövqeyə gəliblər və ABŞ-dən yeni hücumlar həyata keçirməməsini istəyiblər.
O vurğulayıb ki, sözügedən razılaşma Hörmüz boğazının tam şəkildə açılmasını və İranın nüvə təhlükəsinin tamamilə aradan qaldırılmasını nəzərdə tutur.
ABŞ Prezidenti əlavə edib ki, İsrail də bu məsələdə onunla eyni mövqeni bölüşür.
Aysel Mətləb