TƏXRİBAT, TƏHLÜKƏSİZLİK və “ATƏŞ”FƏŞANLIQ - “İdrak”da baş verənlər...

TƏXRİBAT, TƏHLÜKƏSİZLİK və  “ATƏŞ”FƏŞANLIQ  - “İdrak”da baş verənlər...
07.02.2026 15:42 Gündəm

“Xanımlar və cənablar, bildiyiniz kimi Bakı “İdrak” Liseyi 2014-cü ildə fəaliyyətə başlayıb. Liseydə illik təhsil haqqı 10,000 AZN ilə 16,500 AZN arasında dəyişir. Bu məbləğlərə şagirdlərin gündəlik qidalanması da daxildir. Lakin TƏHLÜKƏSİZLİK yox. Liseydə onunla bağlı vəziyyət “0”dır”.

Dünən baş verən insidentdən sonra bir çoxlarının gözlədiyi açıqlama bu idi. Əvəzində isə bunu gördük:

“Mətbuatda yayılan məlumatlar TƏXRİBAT xarakterlidir. Məktəbdə hər hansı silahlı basqın baş verməmişdir. Valideynlər narahat olmasınlar, vəziyyət tam nəzarət altındadır və hər şey yaxşıdır…”.

Ənənəyə sadiq olaraq yenə kim günahkardırsa, ilk daşı o atdı. Bu dəfə atılan daş “juranlistlərin daşı” oldu. Bir çoxlarının başına düşən “o daş”.

Hadisə baş verdiyi andan media hadisə yerinə səfərbər oldu. Kimisi reytinq, kimisi peşə borcu, kimisi yolütsü və s. bunlar başqa mövzulardır.

Fakt budur ki, dünən onlarla media nümayəndəsi o liseydə təhsil alan yüzlərlə şagirdin valideyninə informasiya çatdıra bildi:

“Bəli biz burdayıq”; “Hadisə belə baş verib”; “Qurumlar iş başındadır”; “Yerdə qalanlar salamatdır”.


Qurumları hərəkətə gətirən media oldu. “Fil qulağında yatan” bəzi qurumlar isə dünən yenə media nümayəndələrini qınadılar. Hamısını. Həm də “təzyiqinin ölçüsünə” baxmadan. Qınanmalı, hətta cəzalandırılmalı olanlar var idi təbii. Amma dünənin gündəmi bu YOX, daha önəmli bir məsələ olmalı idi:

TƏHLÜKƏSİZLİK

“Təhsil hər kəs üçün əlçatan olmalıdır”, - deyib mötəbər elm və təhsil naziri Emin Əmrullayev.

Bəs təhlükə necə? Təhlükə əl çatılmayan yerə niyə qoyulmur? Və ya əlçatan bir təhlükə niyə zamanında əldən alınmır?!

Bəli, “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov...


Dünən media qurumlarından birinin suallarını cavablandıranda qeyd etmisiniz ki, “Mən gəlmişəm, burdayam”.

Sadəcə maraqlıdır, sizin orada olmağınız nəyi dəyişdi?

10 000 -16 500 AZN az məbləğ deyil. Kiçik bir araşdırma ilə müəyyən etdim ki, təhlükəsizlik üçün praktikada geniş istfadə olunan "X-RAY" aparatlarının qiyməti 15 500 manatdan başlayır. Sizin şagirdlərinizin illik təhsil haqqından nə az, nə çox. Bu məbləği şagird sayına vurub alınan məbləğdən illik ödənişləri çıxsaq, ölkə boyu "X-RAY" aparatları quraşdıra bilərik.


Yox əgər siz “Mən burdayam” deyərək qollarınızı açıb qapıda qalmağı düşünürdünüzsə, o başqa məsələ. Qolların qorumaq funksiyası var haqlısınız, amma ancaq körpələri. Bu gün liseyinizdə təhsil alan yüzlərlə “beyni qan” yeniyetməni isə nə siz, nə də sizin qapıda dayanan, çayxor mühafizə qoruya bilər.

“ATƏŞ”FƏŞANLIQ

Bəlkə də bilirsiniz, Yaxın Şərqdə “atəş” açmaq müsbət qəbul olunur, amma yerə yox, göyə. Xoşbəxlikdən dünən yerə açılan atəş də hədəfindən yan keçdi. Maraqlandıq, sizin liseyin atəş açılan müəllimi Şəhla Kamilovanın vəziyyəti stabildir.


Müalicəsi bitənə qədər biz onunla maraqlanacağıq. Ümid edirik, o zamanadək liseydəki təhlükəsizliklə maraqlanan olacaq ki, daha bir “atəş açılmasın”. Nə müəllimə, nə jurnalistə, nə də təhsilə...

Günəş Mərd

NEWS FEED
17 JUNE 2026
Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 All News