TƏBİB ləğv olunur? – Qəbula düşə bilməyənlər, şikayətlər, növbələr – ARAŞDIRMA

TƏBİB ləğv olunur? – Qəbula düşə bilməyənlər, şikayətlər, növbələr – ARAŞDIRMA
20.02.2026 15:12 Gündəm

Son illər Azərbaycanda sosial şəbəkələrdə, mediada və vətəndaş müraciətlərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyəti ilə bağlı narazılıqların artdığı müşahidə olunur.  


Bu şikayətlər əsasən gündəlik tibbi xidmətin təşkili ilə bağlı problemləri əhatə edir. Ən çox səslənən narazılıqlar sırasında isə növbə və qəbul məsələsi öndə gəlir. 


Vətəndaşlar həkim qəbuluna düşə bilmir və ya müayinədən keçmək üçün uzun müddət gözləmək məcburiyyətində qalırlar. Xüsusilə ixtisaslaşmış həkimlərə və instrumental müayinələrə yazılarkən gec tarixlər verilir. 

Bəzi hallarda xəstələr müayinəyə vaxtında düşə bilmədiklərini, alternativ olaraq özəl klinikalara üz tutmalı olduqlarını bildirirlər. Bu isə TƏBİB-də yaradılan sistemin əlçatanlığını sual altına alır. 

XİDMƏT KEYFİYYƏTİ 

Digər geniş yayılmış narazılıq tibbi personalın çatışmazlığı və xidmət keyfiyyəti ilə bağlıdır. Regionlarda ixtisaslı həkimlərin sayının məhdud olması, bəzi müasir diaqnostik xidmətlərin yalnız böyük şəhərlərdə əlçatan olması da tez-tez vurğulanır.


Bundan əlavə, pasiyentlə həkim ünsiyyəti, müayinə prosesinin təşkili və tibbi qərarların izah olunmaması ilə bağlı fərdi şikayətlər də ictimai müzakirələrə səbəb olan məsələlərdəndir. 

MƏLUMAT ÇATIŞMAZLIĞI VƏ ANLAŞILMAZLIQ


Şikayətlərin bir hissəsi icbari tibbi sığorta mexanizminin praktik tətbiqi ilə bağlıdır. Vətəndaşlar bəzən hansı xidmətlərin sığorta paketinə daxil olduğunu dəqiq bilmədiklərini, bəzi müayinələr üçün əlavə ödəniş tələb olunduğunu və yönləndirmə prosedurlarının aydın olmadığını bildirirlər. 

Bu məsələlər birbaşa sığorta sisteminin idarə olunmasına cavabdeh olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqələndirilir. Ekspertlər hesab edir ki, sistemin işləməsi ilə bağlı maarifləndirmə səviyyəsi artdıqca narazılıqlar azalacaq.  

REGİONLAR ÜZRƏ FƏRQLƏR 

Eyni zamanda paytaxt və iri şəhərlərlə müqayisədə bəzi rayonlarda tibbi xidmətə çıxış imkanlarının daha məhdud olması barədə fikirlər də geniş yayılıb. Vətəndaşlar müasir avadanlıqların və ixtisaslaşmış həkimlərin daha çox mərkəzi xəstəxanalarda cəmləşdiyini bildirirlər.  


Bu isə regionlar arasında xidmət keyfiyyətində fərq olduğu barədə ictimai rəyin formalaşmasına səbəb olur.

PROBLEMİN KÖKÜ HARADADIR?

Müşahidələr göstərir ki, narazılıqların böyük hissəsi struktur modeldən çox sistemin gündəlik işləmə mexanizmi ilə bağlıdır. Ekspertlər bunu bir neçə amillə izah edir:

- səhiyyə sistemində keçid dövrünün davam etməsi


- resurs və kadrların bərabər paylanmaması


- idarəetmənin mərkəzləşməsi ilə yerli ehtiyaclar arasında balans problemi


- vətəndaşların hüquq və imkanları barədə yetərli məlumatın olmaması

Başqa sözlə, əsas sual modelin özündən çox onun praktiki tətbiqinin nə dərəcədə effektiv qurulması ilə bağlıdır.  

Dövlət səhiyyə sistemində aparılan dəyişikliklər xidmətin vahid qaydalarla təşkilinə və tibbi yardıma çıxışın genişlənməsinə yönəlib. Lakin vətəndaşların gündəlik təcrübəsi göstərir ki, sistemin real effektivliyi yalnız struktur dəyişiklikləri ilə deyil, xidmətin operativliyi, şəffaflığı və əlçatanlığı ilə ölçülür.  

Mövcud narazılıqlar isə son günlər TƏBİB-in ləğvini gündəmə gətirib.

RƏY

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu barədə fikirlərini TodayPress TV ilə bölüşüb.   

Onun qənaətincə, çoxsaylı qurumların yaradılması əlavə xərcdir. TƏBİB-in funksiyalarını isə birbaşa Azərbaycan Səhiyyə Nazirliyi yerinə yetirməlidir: 

"Çoxsaylı agentliklərin və publik hüquqi şəxslərin yaradılması, əslində, dövlətin idarəetmə xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Mən hər zaman dövlət idarəetmə xərclərinin azaldılmasının tərəfdarı olmuşam. Hesab edirəm ki, dövlət yalnız zəruri funksiyaları həyata keçirmək üçün məhdud sayda əməkdaş cəlb etməli və onlara layiqli həyat səviyyəsini təmin edəcək əməkhaqqı verməlidir".

O, vurğulayıb ki, bəzi nazirliklər də ləğv edilməlidir:  

“Azərbaycanda, ümumiyyətlə, nazirliklərin sayının da azaldılmasına ehtiyac var. Bu barədə də dəfələrlə mətbuata açıqlama vermişəm. Fikrimcə, ölkədə ən çoxu 11 nazirlik olmalıdır. Bir çox dövlət xidmətləri birləşdirilməlidir. Vaxtilə həmin qurumların əksəriyyəti bir komitə tərkibində fəaliyyət göstərirdi. Həmçinin komitələr birləşdirilməli, agentliklərin və publik hüquqi şəxslərin böyük bir hissəsi ləğv edilməlidir. Ümumilikdə, dövlət idarəetmə sisteminin optimallaşdırılmasına ciddi ehtiyac var. TƏBİB-in səlahiyyətləri isə yenidən Səhiyyə Nazirliyinə qaytarılmalıdır”. 

XATIRLATMA

Bir neçə gün əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.


Bildirilib ki, bu qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.  


DÜNYA TƏCRÜBƏSİ

Dünya təcrübəsində də TƏBİB kimi qurumlar var. 

Məsələn, Böyük Britaniyada NHS (National Health Service) dövlət səhiyyə sistemini tam şəkildə idarə edir. Xəstəxanalar, ailə həkimləri, təcili yardım və s. xidmətlər bir mərkəzdən koordinasiya olunur. Qurum vergilər hesabına maliyyələşir. Funksional baxımdan TƏBİB-ə ən çox bənzədilən modellərdən biridir.

Türkiyədə Türkiye Cumhuriyeti Sağlık Bakanlığı var. Dövlət xəstəxanalarını və səhiyyə siyasətini birbaşa idarə edir. Müxtəlif baş idarələr vasitəsilə xidmətləri təşkil edir. TƏBİB kimi ayrıca publik hüquqi şəxs olmasa da, idarəetmə baxımından oxşar mərkəzləşməyə sahibdir. 

İsveçdə səhiyyə əsasən regional idarələr (county councils) tərəfindən təşkil olunur. Dövlət maliyyələşdirir və standartları müəyyən edir. 

Almaniyada dövlət, sığorta fondları və müstəqil tibbi qurumlar birlikdə işləyir. Birbaşa TƏBİB kimi vahid idarəetmə qurumu yoxdur, amma sistem güclü koordinasiya mexanizmləri ilə işləyir.

NƏTİCƏ

Təcrübələr göstərir ki, vətəndaş şikayətlərinin, narazılıqlarının çox olduğu qurumlar zamanla ya sıradan çıxır, ya da onların struktrunda ciddi dəyişikliklər edilir. TƏBİB də hazırda belə qurumlar siyahısındadır. Bu səbəbdən deyə bilərik ki, TƏBİB-in də taleyini vətəndaşlar müəyyən edəcək. Ola bilər ki, bu bir qədər zaman alsın. Amma hər halda bu müddət vətəndaşlara uzun görünməyəcək. Nə də olmaya onlar bu qurumun yaratdığı uzun növbələrdə qalmaqla gözləməyi öyrəniblər... 


Günəş Mərd

NEWS FEED
30 JULY 2026
İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 All News