Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür
14.07.2026 00:13 Gündəm

Bu gün general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür.

TodayPress TV xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin bu iki hərbçisi 2020-ci il iyulun 12-17-də baş verən Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olublar.

İyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev və həmçinin daha beş hərbi qulluqçu şəhid olub. Ermənistanın hərbi birləşmələrinin hücumları nəticəsində rayonun Ağdam kənd sakini də həlak olub.

Qeyd edək ki, Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi olub.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən birinə Polad Həşimovun adı verilib. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.

İlqar Mirzəyev isə 1973-cü ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun artilleriya rəisi vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı Sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.

XƏBƏR LENTİ
14 IYUL 2026
“Telegram”da problem yaşandı 01:03 İranın Konarak şəhəri yaxınlığına raketlər atılır 01:23 ABŞ İsfahana və Kiş adasına zərbələr endirir 01:19 İran ABŞ hədəflərinə zərbə endirir - TƏCİLİ 01:06 Tramp: “İran rejiminin təxminən 25 faizini məhv etdik” 00:59 Tramp İran rəhbərliyini “dəli” adlandırdı 00:54 Tramp: “ABŞ bu gecə İrana güclü zərbə endirəcək” 00:47 Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücum edildi 00:40 Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür 00:13 Ukrayna Donetskdə Rusiyanın sursat anbarını vurdu - VİDEO 23:46 ABŞ İranın cənubuna zərbələr endirir - VİDEO 23:41 İran ABŞ müşayiətində olan gəmilərə zərbə endirdi 23:37 ABŞ İrana zərbələr endirir - TƏCİLİ 23:27 Tramp Amerika xalqına müraciət edəcək 23:17 Səudiyyə Ərəbistanındakı hava limanı hədəfə alındı - VİDEO 23:04 Ukrayna Putindən əvvəl cavab verdi - Moskva vuruldu - VİDEO 22:51 Argentina DÇ-2026-dan uzaqlaşdırıla bilər 22:44 Fransa Ukraynaya yeni qırıcılar verəcək - SİYAHI 22:34 İranlı rəsmi: “Hörmüzdə qaydaları biz müəyyən edirik” 22:20 İran Hörmüzdə “parkomat” quraşdırır 22:14 Dünya ticarətinin “şah damarı”na təhlükə - Husilər hərəkətə keçir 22:06 Macarıstan Prezidentinin taleyi parlamentdə həll olundu 22:00 Sahibə Qafarova Afrikanın əsas parlament rəhbəri ilə nəyi müzakirə etdi? - DETALLAR 21:47 Slovakiya Prezidenti Bakıdadır 21:42 Səudiyyə Ərəbistanı husilərin nəzarətindəki əraziləri vurdu - VİDEO 21:32 Bütün Xəbərlər