SON DƏQİQƏ! Azərbaycanda YANACAQ bahalaşır?

SON DƏQİQƏ! Azərbaycanda YANACAQ bahalaşır?
10.03.2026 22:33 Gündəm

Dünyada neftin qiymətinin rekord səviyyədə artması fonunda Gürcüstanda yanacaq bahalaşıb. Bir sıra YDM-lərdə qiymətlər 2-12 tetri arasında artıb, bəzi şəbəkələrdə isə dizel yanacağı 18 tetri bahalaşıb.

Maraqlıdır, qonşu ölkədə gedən bu bahalaşma Azərbaycana necə təsir edə bilər?  

İqtisadçı Akif Nəsirli məsələ ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, dünya bazarında neftin bahalaşması region ölkələrində yanacaq qiymətlərinə təsir etsə də, Azərbaycanda qiymətlər dövlət tərəfindən tənzimləndiyi üçün dəyişikliklər dərhal baş vermir.   


“Qiymətlərin dəyişdirilməsi adətən Tarif Şurasının qərarı ilə olur. Buna görə də dünya bazarında neft bahalaşsa belə, daxildə qiymətlər ya gecikmə ilə dəyişir, ya da ümumiyyətlə dəyişməyə bilir”, - deyə ekspert qeyd edib.  

O vurğulayıb ki, qlobal bazarda neft uzun müddət bahalı qalarsa, yanacaq istehsalı və idxalı xərcləri artarsa, Azərbaycanda da müəyyən artım ehtimalı yarana bilər: 

“Lakin bu artımlar adətən kəskin olmur və çox vaxt 5–10 qəpik kimi mərhələli şəkildə həyata keçirilir”. 

A. Nəsirli sonda bildirib ki, Gürcüstanda qiymətlərin qalxması regiondakı ümumi tendensiyanı göstərir. 

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 All News