ŞOK! Kriminal hadisələrdə üzərlikdən istifadə olunur?

ŞOK! Kriminal hadisələrdə üzərlikdən istifadə olunur?
26.02.2026 13:01 Gündəm

Rusiya Federasiyasının üzərlik bitkisini (Peganum harmala) dövriyyəsi qadağan olunmuş maddələr siyahısına daxil etməsi Azərbaycan vətəndaşları üçün sərhəd-keçid məntəqələrində problemlər yaradır.  

Bununla yanaşı ölkəmizdə də Səhiyyə Nazirliyi üzərliyin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər olduğu barədə məlumat yayıb. Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir.

Bəs üzərliyin sağlamlığa hansı təsirləri var?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan tibb elmləri doktoru, professor Araz Əliquliyev bildirib ki, üzərliyin narkotik maddə kimi təqdim edilməsi elmi baxımdan əsaslı deyil. 


Onun sözlərinə görə, üzərlik əsasən Aralıq dənizi hövzəsində, Cənubi Qafqazda, Orta Asiyada, Yaxın Şərqdə və quraq, kontinental iqlimə uyğun olduğuna görə Rusiyada geniş şəkildə yayılmayıb:

“Üzərliyin tərkibində müxtəlif yağlar mövcuddur və bu yağlar antioksidant xüsusiyyətlərə malikdir. Eyni zamanda, bitkidə monoaminooksidaza inhibitoru (MAO inhibitoru) kimi təsir göstərən maddələr də var. Tibbdə monoaminooksidaza inhibitorları antidepresant kimi istifadə olunur. Bu baxımdan müəyyən təsir mövcuddur. Lakin praktikada hansısa kriminal hadisədə bu bitkidən sui-istifadə edilməsi faktına rast gəlinməyib”. 

Professor əlavə edib ki, üzərliyin tərkibində olan harmin və harmalin kimi alkaloidlər MAO inhibitoru xüsusiyyətinə malikdir. Bu maddələr psixoaktiv təsir göstərə bilsə də, daha çox toksiki təsir riski ilə seçilir:  

“Xüsusilə digər dərmanlarla birlikdə qəbul edildikdə təhlükəli nəticələr yarana bilər. MAO inhibitorlarının qəbulu dayandırıldıqdan sonra ən azı iki həftə müddətində bəzi psixotrop və antidepresant dərmanların istifadəsi qadağandır və bu maddələr spesifik təsir mexanizminə malikdir. Ancaq üzərliyi digər narkotik maddələrlə eyniləşdirmək düzgün deyil. Bu bitki daha çox qədim dövrlərdən ritual və fitoterapiya məqsədilə istifadə olunub”. 

Araz Əliquliyev vurğulayıb ki, üzərliyin kütləvi şəkildə asılılıq yaradan maddə kimi istifadəsi barədə məlumat yoxdur.   

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Putin "Allahın Evi"ni vurdu - Zelenskidən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 All News