Yeni dövrün hədəfləri: Davos Forumu Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Yeni dövrün hədəfləri: Davos Forumu Azərbaycan iqtisadiyyatına nə vəd edir?
21.01.2026 10:58 Gündəm

"Davos Forumu bu dəfə daha çox qlobal geo-siyasi çağrışlara fokuslanaraq 2026-cı  il üçün real təkliflər ilə çıxış etmək niyyətindədir". 

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, Forum qlobal liderləri birləşdirən dünyanın ən nüfuzlu və genişmiqyaslı iqtisadi platformasıdır:

"Davos İqitsadi Forumu yeganə forumdur ki, dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir. Buna görə də təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab olunur".

Deputat qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də Azərbaycan Davos İqitsadi Forumuna xüsusi önəm verir. Eyni zamanda Davos İqitsadi Forumu da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Davos İqtisadi Forumu Azərbaycan üçün həmçinin xarici sərmayələrin cəlb edilməsi baxımından da vacibdir. Ölkə Prezidenti Davos İqtisadi Forumunda bir çox aparıcı, nüfuzlu şirkətlərin rəhbərlərini qəbul edir və onları işbirliyi üçün Azərbaycana dəvət edir. Artıq cənab Prezidentin iştirakı ilə bir sıra görüşlər həyata keçirilmişdir.

O bildirib ki, Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda paneldə çıxış edən Azərbaycan Prezidenti regional nailiyyətlər ilə yanaşı, qlobal geosiyasi məsələlərə də münasibət bildirdi. Bu isə Davosda Azərbaycanın strateji xəttinin bir daha təsdiqidir.

Parlamentari həmçinin vurğulayıb ki, Davos Forumu Azərbaycanın qeyri-neft sektoruna xarici investisiya cəlb etmək üçün əsas strateji imkandır:

"Yeni dövrün yeni hədəfləri də məhz qeyri-neft sektoruna daha çox xarici sərmayələrin cəlb edilməsini özündə ehtifa edir. Bu kontekstdən Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə zəmin yarada bilər".

V.Bayramov xüsusilə diqqətə çatdırıb ki, forum vasitəsi ilə genişlənən əməkdaşlıq Azərbaycanın regionun əsas iqtisadi və innovasiya mərkəzi kimi beynəlxalq nüfuzunu təsdiq edir: 

"Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən görüşlər və aparılan müzakirələr bir daha göstərir ki, Davos İqtisadi Forumunda Azərbaycana xüsusi önəm verirlər. Xüsusi qeyd olunmalıdır ki, bir neçə il öncə Davos İqtisadi Forumunun Cənubi Qafqazı və Orta Asiyanı əhatə edən regional tədbiri ilk dəfə Azərbaycanda keçirildi. Forumun regional 4-cü sənaye inqilabı mərkəzi də məhz Bakıda yaradılmışdır. Bu da Davos İqtisadi Forumu tərəfindən ölkəmizə necə böyük dəyər verildiyini və vacib tərəfdaşlardan biri kimi qəbul edildiyini bir daha təsdiq edir". 

Qeyd edək ki,  Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Forum çərçivəsində Azərbaycan lideri bir çox ikitərəfli, eləcə də müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə görüşlər keçirib, panel iclaslarda iştirak edib, “Euronews” televiziyasına müsahibə verib.  

 Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Bütün Xəbərlər