“Avroviziya”da iştirak Azərbaycana nə verir? – Millət vəkili

“Avroviziya”da iştirak Azərbaycana nə verir? – Millət vəkili
29.01.2026 14:38 Gündəm

“Beynəlxalq mədəni platformalarda iştirak Azərbaycanın tanınmasına töhfə verir”

Milli Məclisin deputatı Fazil Mustafa bunu Azərbaycanın “Avroviziya 2026” Mahnı Müsabiqəsində gözlənilən iştirakı ilə bağlı TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, prinsipal olaraq bu platformalarda yer almaq vacibdir:  

“Mədəni, demokratik və dünyəvi dövlət kimi Azərbaycan bu cür beynəlxalq tədbirlərdə iştirak etməli və uğur qazanmağa çalışmalıdır. Bu tip yarışmalar bütün hallarda ölkənin reklamı, təbliğatı və imicinin formalaşması baxımından əhəmiyyət daşıyır”.

Fazil Mustafa vurğulayıb ki, sənətdə özünü sınamaq istəyən şəxslər də bu platformalardan müəyyən dərəcədə yararlana bilərlər. Bu da müsabiqənin müsbət tərəflərindən biridir. 

Qeyd edək ki, “Avroviziya 2026” Mahnı Müsabiqəsi  Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Bu il yarışmada 35 ölkə iştirak edəcək. Müsabiqənin yarımfinalları 12 may və 14 may, böyük final isə 16 may - şənbə günü Avstriyanın ən böyük qapalı arenası olan “Wiener Stadthalle”də keçiriləcək. Azərbaycan “Avroviziya 2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək. Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçimi davam edir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər