Prezidentin yeni təyinat verdiyi Nərminə Mustafayeva kimdir? – DOSYE
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
TodayPress TV xəbər verir ki, Nərminə Mustafayeva bundan əvvəl Azərbaycanın İstanbul şəhərində baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb.
O, 2020-ci ildə İstanbulda baş konsul təyin edilmişdi. 27 iyul 2026-cı ildə isə həmin vəzifədən geri çağırılıb.
Nərminə Mustafayeva Azərbaycan Dillər Universitetinin məzunudur. O, ABŞ-nin Old Dominion Universitetində magistr təhsili alıb. Diplomatik fəaliyyətindən əvvəl Azərbaycan Prezidentinin Protokol Xidmətində 15 ildən artıq çalışıb.
O, daha əvvəl media sahəsində də fəaliyyət göstərib. Jurnalist və aparıcı-redaktor kimi çalışıb.
2018-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Jalə Rövşən